Polşada hər uşağa ayda 100 avro müavinət ödəniləcək! – Hadi Rəcəblinin nəzərinə…

20-04-2019, 17:34 316 dəfə baxılıb

Polşada hər uşağa ayda 100 avro müavinət ödəniləcək! – Hadi Rəcəblinin nəzərinə…

Polşanın Baş naziri Mateuş Moravetski ölkədə ümumi demoqrafik və iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün «Ailə 500+» proqramının genişləndirilməsindən söhbət açıb.
Proqrama əsasən, Polşada ailələrdəki yalnız ikinci və üçüncü uşağa yox, bütün uşaqlara ayda 500 zlot (100 avrodan yuxarı) həcmində mavinət ödəniləcək.
«Polşa radiosu»nun verdiyi xəbərə görə, ölkədə müavinət almaq hüququna malik 18 yaşa qədər uşaqların sayı 7 milyona yaxın olacaq.
Baş nazirin sözlərinə görə, islahat ölkədə ümumi daxili məhsulun (ÜDM) artmasına təsir göstərəcək, belə ki, gələcəkdə gənclər bütün ölkənin iqtisadi inkişafına xidmət göstərəcəklər.
Sıradan bir – adi informasiyadır və onu verməyə də bilərdik. Amma «anti-sosial» Hadı Rəcəbliyə və digərlərinə anlatmaq istədik ki, sahə üzrə dünyanın mütərəqqi təcrübəsindən xəbərimiz var.
O da var ki, Polşa neft-qaz ölkəsi deyil. Bəs, necə olur, Polşa kimi «kasıb» bir ölkə vətəndaşlarının qayğısını çəkməyə vəsait tapa bilir, neft-qaz ölkəsi – torpağının altı-üstü qızıl olan Azərbaycanda bəziləri bu məsələyə «qarın ağrısı» ilə yanaşır və etməmək üçün minbir bəhanə gətirirlər?!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR