Azərbaycanda nazir və komitə sədri olmuş qadınlar indi nə işlə məşğuldular?

22-04-2019, 10:59 467 dəfə baxılıb

Azərbaycanda nazir və komitə sədri olmuş qadınlar indi nə işlə məşğuldular?


1991-ci ildən sonra Azərbaycanda cəmi 2 qadın nazir, 2 qadın isə komitə sədri vəzifəsini icra edib. Yeniavaz.com xəbər verir ki, hazırda Azərbaycan Nazirlər Kabinetinin tərkibində yalnız 1 qadın - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yer alıb.
- Müstəqil Azərbaycanın ilk qadın naziri Lidya Rəsulova olub. 1993-1997-ci illərdə Təhsil naziri vəzifəsini icra edən Lidya Rəsulova 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1965-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. Lidiya Rəsulova 1981-1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, 1988-1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini olub. Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülüb. Lidiya Rəsulova 2012-ci il fevralın 5-də vəfat edib.
- Digər bir qadın nazir isə 1995-2000-ci illərdə Ədliyyə naziri vəzifəsini icra edən Südabə Həsənova olub. Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Unoiversitetinin hüquq fakultəsini bitirib.
1971-1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləyib. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi seçilib və 1979-cu ilə qədər həmin vəzifədə işləyib.
1979-cu ildə S.Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilib. 1980-cı ilin 27 martında S.Həsənova Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyyətinin üzvü seçilib.
S.Həsənova 1987-ci ilin aprel ayında Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunub. 1998-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının sədri olub. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 aprel tarixli fərmanı ilə Ali Məhkəmənin sədri təyin edilib.
Azərbaycan Respublikası Milli Məclisinin 23 dekabr 2005-ci il tarixli qərarı ilə Konustitusiya Məhkəməsinin hakimi təyin edilib və hazırda həmin vəzifəni icra edir.
- Nazirlər Kabinetinin tərkibində yeganə qadın olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 13 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1999-cu ildən 2003-cü ilədək Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsində “Beynəlxalq münasibətlər və informasiya” şöbəsinin müdiri işləyib. 2000-2006-cı illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini olub. 7 fevral 2006-ci il tarixindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib və hal-hazırda bu vəzifəni icra edir.
- Hazırda Dövlət İmtahan Mərkəzinin rəhbəri olan Məleykə Abbaszadə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunub və bu vəzifəsini 2016-cı ilə kimi davam etdirib.
Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılan hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR