Lütvəli Babayevin oğlu haqda şok iddia

2-10-2015, 15:43 753 dəfə baxılıb

Lütvəli Babayevin oğlu haqda şok iddia

















Biləsuvar şəhər S. Vurğun küç. Ev 51-də qeydiyyatda olan və hal-hazırda Binəqədi rayonunda yaşayan Zeynalova Validə İbrahim qızı mediaya müraciət edib

Məktubda göstərilir ki, Zərdab RİH- nin başçısı Lütvəli Babayevin oğlu, Babəli Babayev qeyri qanuni yolla onun övladı Gəncəliyev Vahid Eynulla oğlunu həbsə atdırıb. Belə ki, başçının oğlu Babəli Babayev şəhərdə hündür mərtəbəli binanın dizayneri üçün Vahid Gəncəliyevə müraciət edir. Beləliklə qarşılıqlı razılaşma əsasında Babəli Babayev Vahid Gəncəliyevə 291(min) manat vəsait verir.
Validə Zeynalova daha sonra əlavə edir ki, Babali Babayevin tanışları Vurğun və Ruslan Vahidin etimadından süi istifadə edərək iş adı altında ondan 217(min) manatı geri alırlar. Qalan məbləğ isə binanın tikilişi üçün xərcləndiyi bildirilir. Lakin sonradan Babali Babayevin sürücüsü Fərzəli adlı şəxs Vahid Gəncəliyevə verilən pulun sahibi olduğunu bildirir. Hətda telefon danışığı zamanı Vahid dəfələrlə Ruslana bildirir ki, pul geri qayıtmalıdır.
Əks təqdirdə sonda arzuolunmayan nəticə baş verə bilər(səs yazma bunu tam qəstiq edir). Minbir bəhanələrə aldığı pulu geri qaytarmaqdan yayınan Ruslan və Vurğun bu gün heçnə olmamış kimi rahat evlərində yaşayırlar. Amma mənim oğlum Vahid Gəncəliyev Fərzəlinin şikayəti əsasında həbs edilib. Yasamal rayon polis idarəsi tərəfindən saxlanılan Vahid Gəncəliyevin səhəti ağır olduğu bildirilir. Validə Zeynalova media vasitəsi ilə Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət etməyə hazırlaşır.
Zərdab RİH-nin başçısı Lütvəli Babayevin oğlu Babəli Babayevin mövqeyini öyrənməyə çalışacayıq. Məsələnin digər tərəfinə nəzər saldıqda inanırıq ki, hüquq mühafizə orqanları məsələni araşdıracaq və günahkarlar qanun qarşısında cavab verəcək.(Dosye.org)
Araşdırmalar davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR