Asif Ağayevin PAMBIQ BİYARI... - İDDİA

20-06-2019, 10:31 346 dəfə baxılıb

Asif Ağayevin PAMBIQ BİYARI... - İDDİA


Beyləqanda Mərkəzi rayon xəstəxanasının (MRX) işçilərini məcburi pambıq əkininə cəlb edirlər

Sosial şəbəkələrə istinadən bildirilir ki, onlara pambıq əkinində işlədiklərinə görə əmək haqqı da nəzərdə tutulmayıb.

Sadəcə, Beyləqanın yeni icra başçısı Asif Ağayevin tapşırığı ilə 15 gündən çoxdur səhiyyə işçiləri qul kimi işlədilir. Bu da qanunsuzluqdur.

Beyləqanda Mərkəzi rayon xəstəxanasının baş həkimi Əli Məmmədov (MRX) işçilərini hər gün bir kənd bələdiyyəsinin torpaqlarında pambıq əkininə kömək etməyə məcburən göndərir.

Tibb işçisinin vəzifəsi isə pambıq əkmək yox, xəstələrə xidmət göstərməkdir. A.Ağayev isə Şamaxını alt-üst edib, indi Beyləqanda narazılıq yaradır.

Baş həkim isə icra başçısının əmrinə biət edir. Səhiyyə Nazirliyi məsələyə müdaxilə etməli, işçilərinin hansı əsasla pambıq əkininə göndərdildiyini soruşmalıdır.

Hər halda nazirlik özünə hörmət qoyursa, bu məsələni araşdırmalıdır. Çünki heç bir icra hakimiyyəti işçisini xəstəxanaya aparıb məcburi yer sildirmir, palata təmizlətmirlər.

Asif Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə təyin olunandan sonra ilk növbədə özünün halal haqqı kimi kadr islahatına başladı və uğurlu saydığı ilk təyinatlardan biri də məhz Tahir Həsənovun Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinin icraçısı postuna irəli çəkməsi oldu.

Tezliklə məlum oldu ki, vəzifəsinin icrasına başladığı ilk dönəmdə ünsiyyət qıtlığı hiss edən icra başçısının qılığına girməyi bacaran T.Həsənov çox keçmədən Asif Ağayevin “kadrlar”la bağlı qərar verməsində ən yaxın məsləhətçisidir.

Adam vaxtilə Füzuli rayonu 55 saylı məktəbin direktoru olub. Beyləqanın sabiq icra hakimi İrşad Əliyevin dəstəyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon komitəsinə sədr gətirilib.

Beyləqandakı vəziyyəti ifadə edən digər fakt Beyləqan sakini Rəmziyyə Əsədovanın prezident İlham Əliyevə və I-ci xanım Mehriban Əliyevaya müraciətidir.

Beyləqan rayon 2 saylı yataqxanada şəraitsiz bir vəziyyətdə yaşadığını, bir qızı Əsədzadə Xatirə Ələddin qızının gözündə zəiflik və eşitməsində ağırlıq olduğunu, özü isə Mənzil İstismar (JEK)Sahəsində xadiməçi işlədiyini dilə gətirib.

Bildirir ki, Beyləqan rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edərək Qarabağ əlillərinə və Müharibə veteranlarına tikilmiş mənzillərə görə siyahıya alınmağını xahiş etsə də, onun xahişini və haqqlı tələbini təmin eşitməyib, bunun mümkün olduğunu bildiriblər:

“Hər dəfəsində mənə eyni sözü deyirlər: “Sizə mənzil düşmür” vəssalam. Mən isə anlaya bilmirəm ki, niyə düşmür.

Sonuncu dəfə yenə də üzümə üz qaralığı çəkib Asif Ağayevin qəbuluna getdib, ondan bir hərbiçi ailəsi olaraq mənzillə bağlı qeydiyyata alınmğımızı xahiş etdim.

İcra başçısı və müavini Məhəmməd Qələndərov mənə bunun qeyri mümüknsüz olduğunu bildirdilər. Hətta məni ələ salıb dedilər ki, “get ərin gəlsin”.

Bir daha anladım ki, Beyləqan rayonunda Asif Ağayev başda olmaqla icra hakimiyyətində Vətən - Torpaq uğurunda canlarını fəda vermiş hərbiçi ailələrini nəinki, ələ salmaq, onlara yuxarıdan aşağı baxır, zərrə qədər də olsun hörmət qoymurlar”. \\xalqxeber.az\\


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR