Sinif otaqları pullu təhsil kurslarına çevrilmiş 83 saylı məktəb-lisey

9-07-2019, 11:05 1321 dəfə baxılıb


Sinif otaqları pullu təhsil kurslarına çevrilmiş 83 saylı məktəb-lisey
Bu gün təhsil sistemində rüşvət faktoru mövcuddur. Bunu kimsə inkar etmir. Cəmiyyətin təmsilçilərindən biri olaraq, hər zaman üzləşdiyimiz hallardan biridir. Qohumlar, qonşular, dostlar vasitəsilə tez-tez bu mövzuda şikayətlər eşidirik. Uşaq bağçasından tutmuş ali məktəblərə qədər hər yerdə neqativ halların olduğu deyilir. İş o yerə çatıb ki, ali təhsil ocaqlarının bir çoxunda tələbələr semestr imtahanlarının "qiymətlər”ini sosial şəbəkələrdə paylaşırlar. Həmin iddialara görə, ən aşağı fənn qiyməti 50 manatdan başlayır. Təhsilimizi çökdürən təkcə bu deyil.

Orta məktəblərdə vəziyyət daha dözülməzdir. Bayram və digər əlamətdar günlərdə valideynlərdən müəllimlərə hədiyyə pulu yığmayan məktəblər barmaqla sayılası qədərdir. Bu gün orta məktəblərə müəllim kadrları əsasən imtahan yolu ilə müəyyənləşir. Lakin texniki personalın təyinatı direktorların səlahiyyətindədir. O vəzifələrə isə təyinatın da öz "qaydaları” var.

Bə bu rüşvəti aradan necə qaldıraq?
Azerinfo.tv-yə danışan ekspert deyir ki, rüşvətə səbəb ilk növbədə əməkhaqqının aşağı olmasıdır. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, hələ əməkhaqqı qalxmamış yüzlərlə müəllim var. Elə məktəblər də var ki, məktəb direktorları 210 manat vəzifə maaşı alırlar. Eləcə də DQ-dən keçmiş, əməkhaqqı qalxmış müəllimlər ölkə prezidentinin 994 nömrəli sərəncamı ilə 18-ci dərəcəli əməkhaqqı alırlar ki, bu da təqribən 425 manat edir. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı həddindən artıq aşağıdır.
Bu da onların əlavə qazanc axtarmasına səbəb olur. Hərgah ki, bəzi məktəblərdə artıq əndazəni keçirlər.
Yəni burda söhbət orta aylıq qazancın artmasından yox, təhsili biznesə çevirməkdən söhbət gedir.
Binəqədi rayonundakı 83 saylı məktəb-liseydəki kimi.
Bu təhsil ocağından bu yaxınlada elə məlumat getmişdi. İbtidai siniflərə qəbul zamanı korrupsiya ilə bağlı.
Ancaq fakt odur ki, direktor məktəbin sinif otaqlarını hazırlıq kurslarına çevirib.
Maliyyə işlərinə Sevinc Əhmədova adlı müəllimə baxır. Hazırlıqda 10 nəfərə yaxın uşaq varsa müəllimədən 50 manat, 20-yədək uşaq varsa 100 manat alınır.
Sevinc Əhmədova həmin pulları yığıb direktor Nəbi müəllimə verir və faizin alır.
Ayda məhz hazırlıq kurslarından gələn qazanc 2-3 min arası olur. Ən azı.Texniki personalın təyinatı məsələsi də stabil qazanc mənbəyidir.
Özü də tək bu məktəbdə yox.
Qaldı ki, yuxarı siniflərdə olan şagirdlərin dərsə gəlməməsi və buna görə pul alınması.
Məsələn Vəsilə adlı müəllimənin sinifində ötən il 10 uşaq dərsə gəlməyib. Biri filankəsin oğlu, birini kimsə tapşırıb və s.
Ancaq onlar bu il “uğurla” 11-ci sinifə keçiblər.
Bir də xəbər verirlər ki, cənab nazirin qəti qadağasına baxmayaraq bu məktəbdə Əlifba bayramı üçün yenə pul yığılıb, hər uşaqdan 50 manat. Tamtəraqla da qeyd olunub.
Yəni təhsilə aid olmayan nə varsa yaxşı qeyd olunub.
Ardı var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR