Sumqayıtda mədəniyyət obyektləri restorana çevrilir

17-10-2015, 13:08 812 dəfə baxılıb

Sumqayıtda mədəniyyət obyektləri restorana çevrilir


















Eldar Əzizovun satmadığı kinoteatr qalmayıb, Mədəniyyət və Turizm Nazirliyi isə baş verənlərə göz yumur

“Sumqayıt şəhər ərazisində milli mənəvi dəyərlərimizdən sayılan, uzun illərdən bəri mövcud olan “Vaqif” adına kinotetr şəhərin keçmiş icra başçısı Eldar Əzizov tərəfindən iş adamlarına satılıb. Vaxtilə “Vaqif” kinotetrı kimi fəaliyyət göstərən bu mədəniyyət obyektini restorana çeviriblər”. Bunu şəhər sakini Habil Quliyev bildirib.

O qeyd edir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mədəni irsimizin, mədəniyyət obyektlərimizin qorunması üçün əlindən gələni əsirgəməyib, var qüvvəsi ilə mühüm işlər aparır. “Eldar Əzizov isə “Vaqif” kinotetrını iş adamına satıb restorana döndərib. Qeyd edək ki, bu Eldar Əzizov tərəfindən törədilən ilk qanunsuzluq deyil. Sumqayıtda mövcud olan “Cırtdan” uşaq kinotetrı plastik qapı-pəncərə istehsalı ilə məşğul olan “Mübariz” firması tərəfindən zəbt edilib. “Nizami” kinotetrı isə təmamilə yararsız haldadır. Belə bir şəraitdə Sumqayıt gəncləri asudə vaxtlarını harada keçirməlidir? Mədəniyyət və Turizm Nazirliyi hara baxır?”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR