Müğənninin təhqir olunduğu veriliş bağlandı – VİDEO

3-07-2015, 03:01 923 dəfə baxılıb

Müğənninin təhqir olunduğu veriliş bağlandı – VİDEO


















“Space” rəsmisi danışdı

3 gün öncə qalmaqal baş vermiş “Space” televiziyasının “Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib.

Bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib.

İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib.

K.Şahverdiyevin sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək:

“Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR