Qusarn qənimi: ŞAİR ALXASOV... - Onun da vaxtı çatır...

8-08-2019, 10:34 356 dəfə baxılıb

Qusarn qənimi: ŞAİR ALXASOV... - Onun da vaxtı çatır...


Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasovun tezliklə vəzifədən kənarlaşdırılacağı ilə bağlı hazırda yuxarı dairələrdə ciddi müzakirələr aparılır. Bu barədə əldə etdiyi bilgiləri DİA.AZ-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı Qusar rayon camaatı ilə normal rəftar edə, sakinlərin problemlərini yoluna qoya və ən əsası da ölkə başçısının müvafiq tapşırıqlarını lazımı səviyyədə icra edə bilmir.

Beləliklə, icra başçısının yarıtmaz fəaliyyətinin artıq Qusar camaatını bir sıra təsirli addımlara baş vurmağa vadar etdiyini vurğulayan mənbə iddia edir ki, əhali icra başçısı Şair Alxasovun daha perspektivli və işgüzar birisilə əvəzlənməsini, rayonun problemlərinin tez bir zamanda həll olunmasını, eləcə də işsizlik probleminin aradan qaldırılmasını tələb edir. Qusar Rayon İcra Hakimiyyətinin başçısının komandasında təmsil olunan bəzi səlahiyyət sahiblərinin əhaliyə, əsasən də sahibkarlara göz verib işıq vermədiyini deyən məlumatlı şəxs hesab edir ki, bu vəziyyət çox davam edə bilməz:

"Qusar rayon sakinlərinin səbri tükənmək üzrədir. Odur ki, aidiyyəti qurumlar tez bir zamanda məsələyə müdaxilə etməli, yaranmış problemin həlli istiqamətində ciddi işlər görməlidirlər".

Şair Alxasovun nüfuzlu məmurlardan birinin adından istifadə edərək, uzun illərdən bəri torpaq, bağ sahibi olan əhalini müxtəlif üsullarla malik olduqları torpaq sahələrindən imtina etməyə vadar etdiyini deyən mənbə iddia edir ki, kimini həmin nüfuzlu məmurun adından istifadə etməklə qorxudaraq, kimini isə çox ucuz qiymətə bağ yerini satmağa məcbur edərək böyük bir kampaniya aparan icra başçısı və onun yaxın adamları artıq onlarla bağ sahəsini, geniş əraziyə malik torpaqları ələ keçiriblər:

"Nəhayətdə, bütün bu faktlar yenicə olaraq ordenlə təltif olunmuş başçının yola salınması ideyasının müzakirəsini labüd edib".

Oddoa olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR