Məni kriminal avtoritetlə hədələyirlər-Nazirə şikayət

23-09-2019, 22:05 619 dəfə baxılıb

Məni kriminal avtoritetlə hədələyirlər-Nazirə şikayət



Yasamal rayonu , Fuad İbrahimbəyov 5-ci Paralel küçəsi ,12-də yaşayan
Əsmər Akgün Araz qızı Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova müraciət ünvanlayıb. Həmin şikayəti oluğu kimi dərc edirik:



“Hörmətli cənab Nazir!!!

Yazıb Sizə bildirirəm ki, Yasamal rayonunda yaşayan Hüseynova Xəyalə Nəcəf qızını qohumum Nəzakət bizə gətirib mənimlə tanış etdi. Nəzakət Xəyalənin satdığ malı olduğunu , sata bilmədiyini mənə bildirdi. Mənim tanışlarım çox olduğuna görə həmin malların satılmasına kömək etməyimi xahiş etdi. Mən razılaşdım .2019-cu il təxminən mart ayında , o 5 min dəyərində mal , uşaq paltarları, geyim, İrandan gətirilən poroşok, yağ və s. ərzaq gətirdi. Bunları öz xətti ilə siyahı tutub mənə verdi.( Siyahi məndədir) Mənə yalvardı ki, pis gündəyəm , borcum var, xahiş etdi ki, bunu satılmasına kömək edim.Mən razılaşdım. O əşyalarından bəzilərini satıb ona 290 manat verdim. Qalanını isə satılmadığını ,bir qismini isə nisiyə vermişəm , hələ pulunu almamışam dedim .Qalan malı isə satılmayıb ,durur. Ona dedim ki, gəl satılmayan mallarını apar.O bir hissəsini apardı. Onu da qeyd edim ki, o mənə 12 min manat dəyərində qızıl gətirdi ki, bunları da sat. Bir ayın içində ona 5min 100 manat ödədim.Qalanı isə aybaay hissə -hissə ödəniləcəkdi.Danışığımız isə belə olmuşdu. . Onu da qeyd edim ki, özümə məxsus Türkiyədən gətirdiyim təxminən min manat dəyərində olan , geyim əşyalarını ona verdim ki, o satsın, pulunu götürsün. Bu yaxında o mənə tez –tez zəng etdi ki, tez pulları ver. Mən malların yarısının nisiyə verdiyimi , yarsı da evdə olduğunu bildirdim. Lakin o mənə tez –tez zəng edərək məni ,maskalılarla, polisdə işləyən Natiq adlı , adını çəkmək istəmədiyim polisdəki himayədarları ilə hədələdi. Məni kriminal avtoritetlərlə hədələdi, bildirdi ki, pulu təcili ödəməsəm həmin şəxslər məni öldürəcək. Təxminən bu il İyun ayında o məni Nizami metrosu qarşısına çağırdı.Mən 11 yaşlı oğlumla ora getdim .Uşağı kənarda qoyub məni maşına saldılar. Mənə maşında hədə -qorxu gələrək arxasında güclü adamların durduğunu bildirdi. Əgər mən pulu verməsəm məni pis aqibət gözlədiyini,uşağımla məni hədələdilər. Evimə tez- tez zəng edib , tez- tez gələrək dava salaraq yoldaşıma artıq əksik sözlər deməklə evimdə dava salırdı. Ona görə evdən çıxmaq məcburuyyətində qaldım.Lakin o sakitləşmədi bir kişi vasitəsi ilə yoldaşıma zəng edərək onu təhdid etdi. Hətta arada üç ay mənə guya kiməsə pul ödəmək üçün 12 faizə mənim adımdan 1000 manat götürüb 1 ay mənə 120 manat pul ödətdi. Sonda məni məcubur edib intihar həddinə gətirdi. 01.07.2019 tarixdə mən müxtəlif dərman qarışığı içib intihar etdim. Lakin Semaşko adına xəstəxananın toksikologiya şöbəsində , həkimlərin müdaxiləsindən sonra məni həyata qaytardılar.
Bildirirəm ki, 102 qaynar xəttinə , xəstəxanadan polisə məlumat verildi.Lakin orada da məni rahat buraxmadılar.

Bazar günü 07.07.2019 tarixdə 27 –ci polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı Samir Balakişiyev mənə zəng edərək , bazar günü bölməyə dəvət etdi. Orada Xəyalə Hüseynovanı da dəvət edərək məndən izahat aldı.Mənim pasportumu alaraq ,mənə rəisə (adlarını çəkmirəm) pul vermək üçün pul gətirməyi tapşırdı.Dedi ki, pul gətir, rəisə pul verim ki, o qızdan sənin borcunu hissə -hissə ödəməyə vaxt alsın. Mənim Xəyalənin mənə hədə qorxu gəldiyini izahatımda yazmağa qoymadı.Məqsədi mənim intiharla bağlı cinayətin üstünü ört –basdır etmək idi.
Pasportumu girov kimi aldı özündə saxladı.Dedi ki, əgər pulu indi gətirib gəlməsən evinə gələcəm. Dedim sabah gətirim. Yoldaşım xəstədir, əsəbidir.Dedi əgər indi pulu gətirməsən rəis mənə töhmət verəcək.Mən çölə çıxdım. Bərk stressdə idim.Yaxın adamım ilə ora getmişdim.O çöldə gözləyirdi. Bölmədən çıxanda mən bərk stress keçirdim. Samir mənlə gələn qadınla ağşzlaşmağa başladı. Qadın ona bu işin mülki iş olduğunu, və pasportumun niyə saxladığını dedikdə dedi əcəb edirəm. Onu təhqir etdi. Yolda özümü maşın altına atmaq istədim. Qadının köməkliyi ilə məni növbəti intihardan qurtardı.

Hörmətli Nazir!!!

Mən Türkiyə vətəndaşıyam. İndi başa düşdüm ki, Azərbaycanda hər şeyi pul həll edir. Bir neçə gün əvvəl Samir mənə zəng edərək yenə bölməyə dəvət etdi.Pasportumu növbətçi hissəyə qoyduğunu, bildirdi. Mənlə gedən xanımın Jurnalist olduğunu bildikdə mənə dedi ki, get o xanıma de ki, əlindən gələni beş qaba cəksin.Hara istəyir şikatyət etsin.Mən də deyəcəyəm ki, o da məni təhqir edib. Buyurun bu da sizin polisləriniz. Kimə güvənir bu Samir? Samirin məndən pul istəməsi barədə isə sübut var.

Hörmətli Nazir!!!

Bildirirəm ki, Sizə müraciətimdən sonra ərizəmi Bakı Şəhər Baş Polis İdarəsinə araşdırılmaq üçün göndərildi.Məndən İzahat alındı.Lakin bir neçə gündən sonra müstəntiq mənə dedi ki , get pasportunu götür.Mən gedib pasportumu götürdüm. Nə olsun ki? Müstəntiqə “Samirlə bağlı nə ölçü götürdünüz” sualına mənə dedi ki, cavabı DİN sənə verəcək. Mən cavabı gözləyirəm hörmətli Nazir !!!! Hələ bu günə kimi mənə heç bir cavab verilməyib. Və bu cəzasızlıqdan əminəm ki, Samirin gözünü də üfürən olmayacaq.Cəzasızlıq baş alıb gedir.Samirin dalında isə rəisi durur.Bəlkə də belə polis bölmə rəisinə sərf edir. Lakin belələri bizlərin polislərə olan etimadımızı itiririk.
Xahiş edirəm ki, bu məsələni araşdırıb lazımı ölçü götürəsiniz.

Akgün Əsmər Araz Qızı”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR