Mikayıl İsmayılov milyardları necə qazanıb

30-09-2019, 13:09 480 dəfə baxılıb

 Mikayıl İsmayılov milyardları necə qazanıb


SOCAR-ın vitse- prezidenti Mikayıl İsmayılov… Uzun illər özü barədə heç bir informasiya sızdırmayan bu şəxs qeyri-rəsmi milyarder hesab olunur. Avropanın bir neçə ölkəsində böyük bizneslər, hotellər, villalar və ən nəhayət bahalı avtomobil kolleksiyasının sahibir. Bu o Mikayıl İsmayılovdur ki, illərlə SOCAR-da vitse-prezident işləsə də, vəzifəsinin qarşısında hansı sahə üzrə çalışdığı göstərilmirdi.
Mikayıl İsmayılov retro avtomobillərə külli miqdarda pul xərcləməkdən zövq alan biznesmen məmurdur. Hətta onun avtomobil kolleksiyası arasında 30-cu illərin FORD markasının olduğu deyilir.
Elə isə maraqlıdır? “SOCAR Mikayıl” bu milyardları necə və hansı yolla qazanıb?
Məlumata görə, Mikayıl İsmayılova milyardları – «Repsol» şirkəti, «Sentra» MMC, “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” dilerləri qazandəırıb. Bunlardan yalnız biri – «Sentra» MMC qohum əqrəbasının çörək yeri olub.
“Cadillac Bakı Mərkəzi”i ondan alınan zaman Mikayılın dediyi bir məhşur ifadə onu tanıyanların dilindən düşmür – “Cadillac” getdisə, deməli başlandı…
Bəli məhz M. İsmayılovun qara günləri elə o hadisə ilə başlayıb. Məlumata görə, ölkədə inflyasiya başladığı zaman Mikayıl İsmayılov Bakıdakı biznesini kənara daşımaq qərarına gəlib. Bu zaman Türkiyədən Bakıya gətirdiyi “biznesmen”ə şirkətləri dövr etmək istəyib. Bundan xəbər tutan keçmiş MTN şefi Eldar Mahmudov İsmayılovu hədəfləyib. Uzun çək-çevirdən sonra diğər biznesini qorumaq üçün məcbur qalaraq “Cadillac Bakı Mərkəzi”ni Eldar Mahmudovun məsləhət bildiyi iş adamına dövr edib. Bu şəxsin kimliyi ilə dəqiq bilğilər yoxdu.
Bunun ardınca «Repsol» şirkəti də fəaliyyətini dayandırır və sonradan məlum olur ki, bu şirkət bütün payını livanlı biznesmenə dövr edib.
Ümumiyyətlə, uzun illər gizli qalmağı bacaran, xüsusi qorunan, yaşayış ünvanını tez-tez dəyişən M.İsmayılovun daha bir özəlliyi də yaxın qohumlarından ibarət komanda formalaşdırmasıdır. Məlumata görə, onun əksər qohumları “Azəriqaz” İstehsalat Birliyində yerləşdirilib. Onlar əsasən podratçı şirkətlər yaradaraq böyük layihələri İsmayılovun əli ilə sözün əsl mənasında udublar. Ölkədə qaz sayğacları ilə başlanan ciddi müzakirələr və araşdırmalar zamanı M.İsmayılovun yaxın qohumlarının adı çəkilirdi və onların dövlət büdcəsindən ayrılan milyonları necə mənimsədikləri aşkar şəkildə qeyd olunurdu.
Ciddi maliyyə imkanlarına malik olan M.İsmayılov öz yaxın adamlarının yanında nazirlərdən, şirkət rəhbərlərindən, Prezident Administrasiyasında yüksək vəzifə sahibləri olan şəxslərən ibarət ətrafının olduğunu deyirmiş. Məhz onların köməkliyi ilə yaranan və yarana biləcək bütün problemləri tez bir zamanda həll etmək gücünə malik olduğunu gizlətmirmiş.
Amma məlumata görə, son aylar onun başı üstünü qara buludlar alıb. SOCAR-ın təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırılması və yoxlamaların başlanması “Böyük Mikayıl”ın “kürkünə birə salıb”.
Ən maraqlısı odur ki, məmur “dost”ları, Administrasiyadakı adamları belə ona tərəf baxmır. Hətta çörək verdiyi yaxın qohumları belə ondan uzaq gəzir. Bütün bunlar göstərir ki, M.İsmayılov dönəmi bitib.
Daha bir məlumata görə, SOCAR prezidenti Rövnəq Abdullayev də onunla işləməkdən vaz keçib. Hətta R.Abdullayevin xeyir-duası və dəstəyi ilə M.İsmayılova məxsus neft avadanlıqlarının satışı ilə məşğul olan, Qazaxıstanda və Dubayda filialları fəaliyyət göstərən, məkrəzi ofisi “Ağ Şəhər”də yerləşən, milyardlarla dollar budcəyə malik böyük bir şirkətin fəaliyyətinin dayandırıldığı deyilir. Bu isə Mikayıl İsmayılovun sonunun çatdığına işarədir.
Yəqin ki, aparılan yoxlamalar bir gün bitəcək. İsmayılov və qohumları öz layiqli cəzalarını alacaq…
Amma dövlətə vurduğu milyardlarla ziyan, böyük biznes şəbəkəsinin hansı pullarla yaradıldığı barədə suallar qarşısında aciz qalmaq, başını aşağa dikib susmaq və… bir başqa bəladır…. Elə deyilmi, Mikayıl İsmayılov?.. (faktaz.com)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR