Daha bir məmurun möhtəşəm iqamətgahı – FOTOLAR

28-10-2015, 12:17 620 dəfə baxılıb

Daha bir məmurun möhtəşəm iqamətgahı – FOTOLAR














Azərbaycanda daha bir nüfuzlu dövlət qurumunun rəhbəri haqda olduqca ilginc məlumat yayılıb

Azpolitika.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ölkədə geniş vüsət almış tikinti sektoruna nəzarət edən əsas fiqur olmaqla yanaşı, çox böyük varidata sahiblənib. Xəbərə görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbəri 1972-ci il təvəllüdlü Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən – 2006-cı ildən rəhbərlik edir. Yəni 34 yaşında bu vəzifəyə təyin olunub. Bu təyinata qədər FHN-in özündə adi bir işdə işləyib və qeyri-adi bacarığı ilə diqqəti çəkməyib. C.Xanlarovun nazirlikdə birinci müavin, keçmiş MTN-çi Rəfail Mirzəyevin himayəsi altında olduğu da bildirilir.
Əsasən birinci müavinin təlimatları əsasında hərəkət edən C.Xanlarov, belə demək mümkünsə, tikinti şirkətlərinin kabusuna çevrilib. Azərbaycanda tikilən hər kvadratda C.Xanlarov-R.Mirzəyev tandeminin “haqqı” var.
Məlumatlı mənbə deyir ki, il ərzində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində lisenziyaların, rəylərin verilməsi, tikinti şirkətlərindən və fərdi sahibkarlardan alınan “nəzarət haqları” hesabına toplanan pulların miqdarı on milyonlarla ölçülür.
Mənbə əminliklə bildirir ki, Bakıda son 10 ildə tikilən bütün yaşayış binalarında Cəbrayıl Xanlarovun 3-5 mənzili var: “Bu mənzillərin ümumi haqq-hesaba aidiyyatı yoxdur… Cəbrayıl Xanlarovun “ağası” Rəfail Mirzəyev, “qara kassası” Niyazi Babuşovdur. Agentlikdə orta və kiçik məbləğləri Babuşov toplayır. İri məbləğləri Cəbrayıl Xanlarov şəxsən qəbul edir”.
Saytın araşdırmasında C.Xanlarovun iqtisadi böhran vaxtında Bakının Bilgəh qəsəbəsində hazırda yaşadığı malikanənin ərazisində tikdiyi yeni – 5 mərtəbəli sarayında son təmir-tamamlama işləri görüldüyü də vurğulanıb.
Həmin möhtəşəm iqamətgahın fotoları ilə tanış olun.

Daha bir məmurun möhtəşəm iqamətgahı – FOTOLAR
Daha bir məmurun möhtəşəm iqamətgahı – FOTOLAR
Daha bir məmurun möhtəşəm iqamətgahı – FOTOLAR
Daha bir məmurun möhtəşəm iqamətgahı – FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR