MTN generalı Ülvi Quliyevdən 30 min manatı niyə alıb?

31-10-2015, 13:41 875 dəfə baxılıb

MTN generalı Ülvi Quliyevdən 30 min manatı niyə alıb?












Deputatın Akif Çovdarovun qarşısında çarəsiz qaldığı və hesab verdiyi deyilir

Ölkə prezidenti Milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzivəsindən azad edəndən sonra adı çəkilən qurumun bir çox general və yüksək vəzifəli şəxsləri həbs olundu yada işdən çıxarıldı. Mətbuatda adı “MTN işi” ilə keçən bu hadisə əslində şok effekt verdi. İşdən çıxarılan və həbs olunan MTN-çilərin çete şəklində dövlət quurmlarını və biznesmenləri şantaj etməklə, hədə qorxu gəlməklə onlardan küll miqdarda xərac yığmaları və hakimiyyətdəki bir çox vəzifəli şəxslərin telefonlarını dinləmələri üzə çıxdı. Başda Eldar Mahmudov olmaqla MTN generallarının əlbir olaraq iş adamlarını, deputatları, nazir müavinlərini, idarə rəsilərini və sair şəxsləri şantaj edərək onlardan külli miqdarda pul almaları ilkin istintaq araşdırmalarında üzə çıxıb. Redaksiyamıza özəl mənblərdən daxil olan məlumata görə MTN geneallarının hədəfinə tuş gələn millət vəkillərindən biri də hazırkı 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürən, iş adamı Ülvi Quliyev olub. Mənbənin redaksiyamıza bildirdiyinə görə MTN-nin keçmiş idarə rəisi Akif Çovdarov Ülvi Quliyevin yanına gələrək ondan bəribaşdan 200 min manat nəğd pul və ayda 20 min manat vermək tələb edib. İdarə rəisi millət vəkilinə bildirib ki, əgər istədikləri hesabı verməsə ona məxsus obyektlərdəki apteklərdə narkotik dərmanların kütləvi satışı adı altında əməliyyat keçiriləcək və bu məsələ onun yaxın adamlarının adına yazılaraq onlar həbs olunacaqlar. Millət vəkili ondan istənilən hesaba görə narazılığını bildirərək hakimiyyətin yuxarı dairələrinə Eldar Mahmudovdan və Akif Çovdarovdan şikayət edib. Deputatın şikayətindən sonra Akif Çovdarov Ülvi Quliyevi yanına çağıraraq aylıq hesab almaqdan vaz keçdiklərini və 30 min manat verməklə canını qurtaracağını deyib. Mənbə iddia edir ki, iqtidarın üst dairsəinə şikayət etməklə problemin çözülmədiyini görən deputat məcburiyyət qarşısında qalaraq MTN generalına 30 min manat hesab verib.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR