Goranboyun icra başçısından “müştəbeh addımlar” –ŞOK FAKTLAR

8-04-2020, 15:00 202 dəfə baxılıb

Goranboyun icra başçısından “müştəbeh addımlar” –ŞOK FAKTLAR


Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Goranboy rayon İcra Hakimiyyətinə başçı təyin olunan​ Quliyev Məhərrəm Böyükağa oğlunun ötən illər ərzində göstərdiyi müəmmalı fəaliyyəti, bu gün də daha çox söz-söhbətə səbəb olan, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilməkdədir.

Müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə Goranboya icra başçısı təyin olunan Məhərrəm Quliyev, vəzifəsinin icraasına başladığı ilk günlərdən olduqca çətin duruma düşür və ona ötən illər ərzində əldə etdiyi idarəçilik təcrübəsi, heç bir halda kömək edə bilmir. ​

Media üzərindən apardığımız araşdırmalara, bəzi çevrələrdə dolaşan söz-söhbətlərə görə, Goranboya lazımınca bələd olmayan yeni icra başçısı ilk gündən köhnə kadrlarla işləyə bilməyəcəyini bəyan edir. Elə ki, günlər keçir o halda Məhərrəm Quliyev ciddi kadr problemi ilə üz-üzə qalır. Belə olan halda o, özünün həmyerlisi olan, hal-hazırda Siyəzən rayon İcra Hakimiyyətinə rəhbərlik edən Novruz Novruzovun məsləhətlərinə qulaq asmalı olur. Yəni, adı çəkilən şəxs ona bildirir ki, “Vaxtilə mənimlə və məndən sonrakı icra başcıları ilə də işləmiş bəzi kadrlardan istifadə et. Ələxüsus, kecmiş 1-ci müavin Ceyhun Həsənovu tap və onun imkanlarından yararlanmağa çalış” deyə, Məhərrəm Quliyevə öz məsləhətlərini verir. Çox keçmir ki, “ağsaqqal” bildiyi bu şəxsin məsləhətinə qulaq asan icra başçısı, dərhal Ceyhun Həsənovu tapır və çox keçmir ki, Goranboy rayon İcra Hakimyyəti Aparatında illər öncə bu şəxsin üzünə bağlı qalan qapılar “taybatay açılır”. ​



Düzdür, belə bir halın varlığı müəyyən çevrələrdə dolaşan, kimlərinsə məlumatlı olduğu söz-söhbətlər olsa da, bugünə kimi əksəriyyətin bilmədiyi məqamlar da var. İndi həmin məqamların varlığını, baş verən proseslərin mahiyyətini dosye.org oxucularının diqqətinə çatdırmağı qərara aldıq. Belə ki, illər öncə Novruz Novruzov Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyarkən, Ceyhun Həsənov başçının 1-ci müavini olur. Həmin vaxtlarda icra başçısı bu şəxsdən 200 (iki yüz) min manat məbləğində “haqq-hesab” alır və “Mən yaxın vaxtlarda Bakıətrafı rayonlardan birinə başçı təyin olunacağam, o halda səni Goranboya başçı təyin etdirəcəyəm” deyə, ona bu yöndə “yağlı vəd” də verir. Bir qədər vaxt keçdikdən sonra Novruz Novruzov Prezidentin imzaladığı Sərəncam əsasında Siyəzən rayon İcra Hakimiyyətinin başçısı​ təyin olunur. Belə olan halda onun düzüb-qoşmaq istədiyi plan baş tutmur və Ceyhun Həsənov bir daha yeni təyin olunan icra başçına 1-ci müavin olur.

Bir neçə il Goranboy RİH Aparatinda 1-ci müavin vəzifəsini daşıyan Ceyhun Həsənov, yalnız​ Nizaməddin Quliyev icra başçısı təyin olunduqdan sonra, məhz daşıdığı vəzifəsinə “əlvida” deməli olur. Buna da əsas səbəb, daşıdığı vəzifəsini icra edərkən çoxsaylı qanunsuzluqlara, hədsiz dərəcədə mənimsəmə faktlarına və s. qol qoyması olur. Elə ki, Ceyhun Həsənov işdən çıxarılır, o halda o, Novruz Novruzova verdiyi 200 min manat “haqq-hesab”ı ondan geri tələb edir. Belə bir olayla üz-üzə qalan Novruz Novruzov, son anda məcbur olub onu Mingəçevirdə əmlak məsələləri sahəsində səlahiyyətli vəzifəyə təyin etdirir. Ceyhun Həsənov bir müddət bu sahədə çalışsa da, yenə də “bəxti gətirmir”.

Yəni, çalışdığı sahədə qol qoyduğu qanunsuzluq əməllərinə görə, rəhbərlik onu “yola salmaq” məcburiyyətində qalır. Belə olan halda Ceyhun Həsənov dirəniş göstərir və Novruz Novruzova verdiyi 200 min manat “haqq-hesab”ı ondan geri tələb edir. Çıxılmaz durumda qalan Siyəzən rayon İcra Hakimiyyətinin başçısı, son anda aldığı 200 min manat pulun 100 min manatını geri qaytarmağa məcbur olur. Belə bir vaxtlarda Ceyhun Həsənov heç də boş dayanmır və özünə hansısa yollarla əlillik sənədi düzüb-qoşdura bilir. ​ ​ Hadisələrin bu cür cərəyan etməsinə baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi Məhərrəm Quliyev Novruz Novruzovun məsləhətini əsas tutur və ilk əvvəl Ceyhun Həsənovu Goranboy RİH Aparatında şöbə müdiri təyin etsə də, iki aydan sonra isə, onu özünə 1-ci müavin təyin edir.

Belə bir addımın atılması əksəriyyəti şoka salsa da, hər kəs o haqda da məlumatlı olur ki, indiyə kimi Azərbaycan dövlətinin idarəçilik tarixində təqaüddə olan, özünə əlillik dərəcəsi düzüb-qoşan, vaxtilə dövlət qulluğunda olarkən biznes fəaliyyəti ilə məşğul olub hədsiz dərəcədə kapital toplayan, illər öncə​ 1-ci müavin daşıyan bir şəxs, heç bir halda belə bir təyinatla ödüllənməyib. Yəni, Məhərrəm Quliyev Azərbaycan Respublikasının idarəçilik tarixində belə bir addımını atmaqla, bir növ adını tarixə yazmış oldu. Hətta, Məhərrəm Quliyev​ bu yolda ona maneə ola biləcək bütün sədləri zamanında təmizləyir ki, Ceyhun Həsənovdan lazımınca yararlana bilsin. Çünki, bu şəxsi həm rayon sakinləri yaxşı tanıyırlar, həm də o, sakinlərlə bərabər, idarə, müəssisə, təşkilat və s. rəhbərlərini də yaxşı tanıyır. Ona görə də, Məhərrəm Quliyev belə bir fürsəti əldən vermir və öz “ağsaqqalı”nın məsləhətinə qulaq asıb.

DOSYE.ORG


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR