İsmayıllı rayonu günü-gündən inkişaf edir, abadlaşır

14-11-2015, 13:20 1091 dəfə baxılıb

İsmayıllı rayonu günü-gündən inkişaf edir, abadlaşır














Ötən il rayonda bir sıra sahələrdə yüksək irəliləyişlər əldə olunub, yeni iş yerləri açılıb

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur. Bu isə şübhəsiz, qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, iki mərhələdə həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir. Bu proqramın birinci mərhələsinin başa çatmasından sonra Azərbaycanın bütün rayonları inkişaf edib, dövlətimizin iqtisadi potensialı artıb. Artıq proqramın ikinci mərhələsi icra olunur və bu il başa çatacaq. Beləliklə həyata keçirilən siyasət regionların inkişafını təmin etməklə yanaşı, işsizlik probleminin aradan qalxmasına, yeni müəssisələrin fəaliyyətə başlamasına, o cümlədən, sahibkarlığın inkişaf etdirilməsinə yol açıb. Bunun nəticəsində Azərbaycanın regionlarında əsaslı inkişaf tempi müşahidə olunur. Bu rayonlar sırasında İsmayıllının da adını çəkmək olar.

Bir neçə il əvvələ qədər İsmayıllıda görülən işlərin miqyası belə geniş deyildi. Azerinfo.az olaraq material hazırlayanda görülən işlərdən, həyata keçirilən tədbirlərdən bir cümlə yazanda, beş cümlə də rayonun füsunkar təbiətindən, payız dumanının dərələrdə sürünməyindən, bəyaz bulud karvanlarının yaşıl ormanların üzərində “dincini almağından” və sair gözə xoş gələn özəlliklərdən bəhs etməli olurduq. İndi İsmayıllıda tikinti-quruculuq, abadlıq istiqamətində o qədər iş görülür ki, yazının həcmli və ya dolğun çıxması üçün təbiət gözəlliklərinə üz tutmağa ehtiyac qalmır.

Ötən ilin uğurla başa çatdığı, cari ilin daha məsul vəzifələrinin yerinə yetirilməsi üçün bütün qüvvələrin səfərbər edildiyi İsmayıllı rayonu bu gün inkişafının yeni mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan layihələrin icrası bölgədə sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişafı təmin edib.

"İsmayıllı rayonunun inkişafı çox sürətlə gedir. Son beş il ərzində İsmayıllıda iqtisadiyyat təxminən üç dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir"

İsmayıllı xarici turistlərin sevimli məkanı kimi tanınır. Azərbaycanın turizm üçün əlverişli olan bu dilbər guşəsində müxtəlif sənətkarlıq növləri yüksək inkişaf edib ki, bu da İsmayıllını turistlər üçün maraqlı məkana çevirib.

İsmayıllı rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün İsmayıllı ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR