Xaləddin İsgəndərovun hansı sevimli bələdiyyə sədrindən narkotik tutulduğu məlum oldu

15-11-2015, 12:05 829 dəfə baxılıb

Xaləddin İsgəndərovun hansı sevimli bələdiyyə sədrindən narkotik tutulduğu məlum oldu












Dünən yerli saytlarda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova yaxın bələdiyyə sədri olan xanımlardan birinin Nərimanov rayon polisi tərəfindən saxlanıldığı xəbəri yayılıb

Verilən məlumata görə, yanında bir nəfər dostu olan bələdiyyə sədri bir gecə polis bölməsində qalmalı olub. Gecə saatlarında saxlanılan hər iki şəxsin üzərindən narkotik maddə tapıldığı bildirilir.
Avrasiya.net-in əldə etdiyi məlumata görə, saxlanılan şəxsin Binəqədi rayon bələdiyyəsini sədri Sitarə Cabbarlı olduğu iddia edilir.
Xatırladaq ki, Xaləddin İsgəndərovun etimadını qazanmış qadın bələdiyyə sədri iki nəfərdir. Onlardan biri Binəqədi kənd bələdiyyəsinin sədri Aytac Əliyeva, digəri isə Binəqədi rayon bələdiyyəsini sədri Sitarə Cabbarlıdır.
S.Cabbarlını da mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR