Başına 1000 manat qoyulan sürücü: Onu heyvan bildim

18-11-2015, 13:55 799 dəfə baxılıb

Başına 1000 manat qoyulan sürücü: Onu heyvan bildim

















İsmayılov hadisə yerində ölüb

Başına 1000 manat pul qoyulan sürücü tapıldı. Noyabr ayının 11-i Şəkidə, rayonun İnçə kənd sakini, 1969-cu il təvəllüdlü Mübariz Qurbanəli oğlu İsmayılovu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Şəki Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəzanı paytaxt sakini Mirzə Lətifov törədib.

O, saxlanılaraq istintaqa cəlb edilib.

M. Lətifov ilkin ifadəsində, idarə etdiyi 99- EP- 686 dövlət nömrə nişalı “Mercedes” markalı avtomobillə qəzanı törətdiyini etiraf edib. Amma o vurduğunun insan yox, heyvan olduğunu düşünüb və buna görə də hadisə yerindən uzaqlaşıb.

Saxlanılan şəxs qəzaya səbəb kimi isə onun gözünə qarşıdan gələn avtomobilinin işığının düşməsini göstərib.

Hazırda faktla bağlı Şəki Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə noyabrın 11-də Şəkidə şəhər hissəsində baş verib. Rayonun İnçə kənd sakini, 1969-cu il təvəllüdlü Mübariz Qurbanəli oğlu İsmayılov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulmuş və ağır bədən xəsarətləri alan Mübariz İsmayılov hadisə yerində ölmüşdü. Qəzanı törədən sürücü isə hadisə yerindən qaçmışdı.

Qəzadan sonra Şəki Rayon Polis İdarəsi hadisəni törədən sürücü haqqında hansısa məlumat verən şəxsə təhlükəsizliyinə zəmanət vermək şərti ilə 1000 manat məbləğində mükafat vəd etmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR