Qorxmaz Hüseynovun başı dərddə-VİDEO

19-11-2015, 11:44 661 dəfə baxılıb

Qorxmaz Hüseynovun başı dərddə-VİDEO















Yaxın qohumu Yavər Miriyevin şah sarayının görüntüləri yayılıb

“Azərsu” ASC-nin podratçı şirkətlərindən biri olan, ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu, habelə qurumun əsas yağlı tenderlərini udan “Hidro İnşaat Servis” MMC-nin rəhbəri Yavər Miriyevlə bağlı bir sıra şikayətlər daxil olub.

Teref.info xəbər verir ki, şikayətçilər Yavər Miriyev və onun qardaşları Rəşid və Şakirin evlərində işləyiblər. “Ev deyəndə ağlınıza elə belə ev gəlməsin. Yavər müəllimin qardaşlarının evləri villa sayıla biər. Lakin Yavər müəllimin evi ərəb şahzadələrinin saraylarına oxşayır. Qardaşların villaları milyon manatlıq olsa da, Yavər müəlimin sarayının qiyməti yoxdur”.

Şikayətçi daha sonra yazır: “Vişnyevkada yerləşən və böyük bir sahəni əhatə edən bu üç qardaşın evində bizimlə bərabər “Hidro İnşaat Servis” MMC fəhlələri də işləyirdi. Onlar pullarını MMC-dən maaş kimi alırdılar. Bizimlə danışılan əmək haqqının isə 8000 manatını bu günə qədər ala bilmirik. O boyda sarayları olan bir adam, İtaliyadan, Türkiyədən Almaniyadan bahalı aksesuarlar sifariş edən Yavər Miriyev biz fəhlələrin pulunu vermir”.

Şikayətçi “Hidro İnşaat Servis” MMC-nin rəhbəri Yavər Miriyevin Albalılıqda yerləşən doğrudanda şah sarayına oxşayan evinin içinin videosunu da sayta göndərib. Həmin videonu sizə təqdim edirik.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR