“Ailə qurmaq, dünyaya övlad gətirmək, onu böyütmək ciddi məsuliyyət tələb edir...”

27-06-2020, 15:58 222 dəfə baxılıb

“Bu normal bir prosesdir və dünya da bu prosesi keçir. Elə xəstəliklər var ki, bunun digərlərinə də keçmə təhlükəsi ola bilər. Yəni burda pis bir şey yoxdur, buna normal baxıram və vacib bilirəm ki, bunu etmək lazımdır”

Bunu Moderator.az-a açıqlamasında “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

O, gənclərimizin nikaha daxil olarkən tibbi müayinədən keçməsinin vacibliyini vurğulayıb:

“Düşünürəm ki, nigaha daxil olan zaman tibbi müayinədən keçmək ən ideal variantdır, gənclərin bundan keçmələri lazımdır. Gələcəkləri, dünyaya gətirəcəkləri övladlarının sağlamlığı naminə bu addımı atmaq lazımdır. Yenə sonra qərarı özləri verərlər. Bəlkə bir-birilərini o qədər çox sevirlər ki, heç bundan vaz keçməyəcəklər. Bu da onların işidir. Hər halda işlərini bəri başdan bilərlər ki, onların səhhətində hansı problemlər var. Bu normal bir prosesdir və dünya da bu prosesi keçir. Elə xəstəlikləri var ki, bunun digərlərinə də keçmə təhlükəsi ola bilər. Yəni burda pis bir şey yoxdur, buna normal baxıram və vacib bilirəm ki, bunu etmək lazımdır.
Müraciətlərin sayının azalmasına səbəb gənclərin buna məsuliyyətsiz yanaşmasıdır. Bu cür olmaz. Ailə qurmaq, dünyaya övlad gətirmək, onu böyütmək ciddi məsuliyyət tələb edir. Mənə elə gəlir ki, buna "kim istəyir getsin müainə olunsun" kimi baxmaq lazım deyil və bunu daha ciddi vəziyyətə gətirmək lazımdır ki, gənclərimiz bu testdən keçsinlər”.

Qeyd edək ki, nikah üçün tibbi müayinə istəyənlərin sayı kəskin azalıb. 2019-cu ilin may ayında nigaha daxil olmaq üçün 13062 nəfər müqayisə olunub. Onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 nəfərdə QİÇS xəstəliyi, hər ikisində talassemiya daşıcıyıcılığı olan 4 cütlük aşkarlanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nigaha daxil olmaq üçün tibbi müayinə istəyənlərin sayı 7083 nəfər azalıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR