İmişlinin zibillik kralı , üfunət və ölü canlar haqda reportaj-VİDEO

8-07-2020, 01:13 550 dəfə baxılıb

Bu kadrlar İmişlidə çəkilib. Yayın istisində dolub-daşan zibil qabları, üfunət, antisanitariya.
Özü də ölkədə pandemiyanın tüğyan etdiyi bir vaxtda.
Bəs bu zibili təmizləməyə məsul olan qurum və onun rəhbəri hardadır.
İmişli Şəhər Mənzil Təsərrüfat Birliyi var. Təmizliyə onlar cavabdehlik daşıyır. Çünki şəhər icra hakimiyyəti təmizliklə əlaqədar vergi alır. Hər ay kommunal verginin içərisində zibilin atılması, yığılması və təmizliyin təmin olunması ilə bağlı vergi yığılır.
Bəs bu yığılan vəsait hara gediur?
Zibilllər ya belə yığılaraq üfunət yayır, ya da İmişlidə zibillik poliqonu olduğu halda iki gündən bir Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən ətrafdakı zibillər bir yerə yığılaraq yandırılır.
Vətəndaşlar şikayətlənir ki,yanan zibillər arasında kimyəvi maddələr də olur. Bu tüstüdə insan necə yaşasın?
Imişli Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəhbəri Rasim Abışovdur.
Deyilənə görə kefqom adamdır, yeyib-içən oğlan imici qazanıb.
Nahara kimi işləyir. Nahardan sonra başı qarışır içki məclisinə.
Zibilliklə bağlı irad bildirəndə də günahı dövlətin üstünə atır ki, son 5 ildə guya bu sahəyə bir manat ayrılmayıb. Nə texniyaka, nə inventarlara. Təmizlikçi fəhlələrin başında adi kaska belə yox idi.
Abışovun sözündsən belə çıxır ki, dövlət kaskaya belə pul ayırmayıb.
Əlbətdə bunlar ağ yalandı. Imişlinin baş zibilçisini audit yoxlasa dövlətdən oğurladıqları vəsaitin nə qədər olması anında üzə çıxacaq. İnventarlar da satılıb, texnika da, ehtiyyat hissələri də.
Üstəlik qohumda-əqrabada nə qədər adamç varsa ölü can kimi idarədə adın yazdırıb, maaş kartından pulu çıxardan da Abışovdur.
Həmin adamların siyahını dərc edəcəyik. Rasim Abışov vəzifədə qaldıqca üfunət iyi İmişlidən çəkilən deyil.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR