Yardımlıda 51 saylı Yol İstismar idarəsinin göyə sovurduğu büdcə pulları-FOTOFAKT

12-07-2020, 21:18 489 dəfə baxılıb

Yardımlıda 51 saylı Yol İstismar idarəsinin göyə sovurduğu büdcə pulları-FOTOFAKT

Yardımlının əksər yolları əsaslı təmir olunur. Təmir işləri aparılsa da, yollar düzələ-düzələ dağılır.
Yollar yenidən qurulub istifadəyə veriləndən bir müddət sonra çökür və ya hansısa kommunikasiya işləri düzgün aparılmadığından qazılır.Yollara külli miqdarda pulun xərclənməsini nəzərə alsaq, bu, vəsaitin havaya sovrulması deməkdir. Görəsən, “yol çəkilişində” yol verdiyi nöqsana görə məsuliyyətə cəlb edilən varmı?
Mütəxəssislər hesab edirlər ki, avtomobil yollarına ayrılan vəsaitlərin xərclənməsində nəzarət gərəkli səviyyədə olmasa, yeni çəkilmiş yolların az sonra təmirləri davam edəcək, keyfiyyətsiz işlər olacaq.


Azerinfo.tv-yə rayondan məlumat verən mənbəmiz iddia edir ki, 51 saylı Yol İstismar idarəsinin rəisi Yaqub Əliyev yol çəkilişlərində ciddi nöqsanlara yol verib və şəxsi maraqlarını güdüb. Belə ki, plandan kənara çıxaraq, hara istəsə ora ayrıca asfalt çəkib. İdarənin texnikasını şəxsı malı kimi şəxsi təsərrüfatlarda işlədib.
Bir vaxtlar deyirdilər ki, Ziya Məmmədovun adamıdır, ona heç kim toxuna bilməz. Ziya Məmmədov çoxdandır nəvələri ilə gün keçirir. Bəs, görəsən Yardımlı Yol İstismar MMC-nin rəisi Yaqub Əliyevə indi himayədarlıq edən adam kimdir?..
Sevindik Hətəmovun rəhbərlik etdiyi illərdə Masallı-Yardımlı yolu adama ABŞ-ın San Fransisko şəhərinin yollarını xatırladırdı. İndi o yol elə bir günə düşüb ki, Afrikanın ən geridə qalan ölkələrinin yollarına bənzəyir. Maraqlıdır, yəni həmin yolla hər dəfə Bakıya gəlib-gedən rayon rəhbəri bunlara fikir vermirmi? Niyə Yaqub Əliyevdən papağını qabağına qoyub, düşünməyi tələb etmir?

Təqdim edilən fotolarda idarənin texnikası məktəb yaxınlığında hansısa tikintiyə cəlb edilib. Dağınıq yolları təmir etməli olan texnika başqa yerdə çalışır. Rayon sakinləri isə dağılmış yollarda səbəbkarlara qarğış ünvanlayırlar.
Mövzuya qayıdacağıq.






Yardımlıda 51 saylı Yol İstismar idarəsinin göyə sovurduğu büdcə pulları-FOTOFAKT
Yardımlıda 51 saylı Yol İstismar idarəsinin göyə sovurduğu büdcə pulları-FOTOFAKT


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR