Masallının “3D” yolları-FOTOLAR-VİDEO

24-11-2015, 10:18 712 dəfə baxılıb

Masallının “3D” yolları-FOTOLAR-VİDEO

















Rayonun mərkəzi küçələri keçilməzə çevrilib, Mahmudavar yolu isə rayon rəhbərliyinin «yadından» çıxıb

Masallı rayonunda əhalinin sosial vəziyyəti və güzəranı pis olmaqla yanaşı, bir sıra problemləri də artıq göz çıxarmağa başlayıb. Rayonun mərkəzindən tutmuş, kəndlər və rayonlararası yollarının da keçilməz bataqlığa çevrildiyi sirr deyil.

Elə bu səbəbdəndir ki, rayon əhalisi mütəmadi olaraq müvafiq dövlət qurumları qarşısında məsələ qaldırır. Düzdür, onların etdikləri şikayətlərə məhəl qoyan yoxdur. Və nəticədə həmin şikayətləri araşdıraraq, tədbir də görülmür.

«İnfo Masallı» səhifəsi xəbər verir ki, Masallı rayonu ilə Lənkəranı, habelə ondan artıq kəndi birləşdirən yolun bir hissəsi dağılaraq, keçilməz hala gəlib. Həmin məlumatda vurğulanır ki, yolun Mahmudavar kəndinin yaxınlığından keçən hissəsi isə demək olar ki, dağılıb və orada nə zamansa asfalt örtüyünün olması belə şübhəli görünür.

Qeyd edək ki, Mahmudavar kəndinin camaatı yolun düzəlməsi üçün dəfələrlə rayon rəhbərliyinə müraciət edib. Lakin bu istəklərin və müraciətlərin heç bir xeyri olmayıb. O səbəbdən də camaat artıq həmin yolu Masallının «3D» tipli yolları kimi qiymətləndirməyə başlayıb.

Redaksiyamızın araşdırmalarına görə, Masallı-Lənkəran kənd yolunun tikintisinə 3 milyon manat pul ayrılıb. Həmin yolun çəkilməsindən bir müddət sonra yağışın yağması işin bütün «keyfiyyətini» ortaya qoymuşdu. Nəticədə, yol tamamilə sıradan çıxaraq, istifadəsiz hala gəlmişdi. Lakin bəzi təmir və bərpa işlərindən sonra yolun böyük hissəsi abıra salındı.

Bildirək ki, təkcə rayonlararası yollar deyil, elə Masallının mərkəzi yolları da bataqlığı xatırladır. Redaksiyamız «Cenubnyus» saytına istinadən xəbər verir ki, rayonun əsas küçələrinin asfalt örtüyü demək olar ki, yoxdur. Ən biabırçı vəziyyət isə yerli Polis Şöbəsinin qarşısıdan keçən küçədə yaşanılır. Təqdim etdiyimiz videoda da məhz yolun həmin hissəsindən bəhs olunur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR