Zərdab rayon Maliyyə İdarəsindən Əli Kərimliyə dəstək (İddia və şikayət)

27-07-2020, 10:47 205 dəfə baxılıb

Reportyor.tv-yə video görüntüləri ilə birlikdə şikayət ünvanlayan Zərdab rayon Gəlmə kənd sakini İsmayılov Hüseyn Şahlar oğlu bildirir ki, yaşadığı rayonda kafe və restoranlarda aşbaz kimi işləyirmiş. Ailəsinin gündəlik təlabatını azda olsa təmin etsədə heç bir probleminin olmamasını da qeyd edir. Şikayətçi bildirir ki, bir gün Zərdab rayon Maliyyə İdarəsinin rəisi Hacıyev Etibar Xələf oğlu onu yanına çağıraraq bildirir ki, dostu Quliyev Asif Ukrayna şəhərində böyük bir kafe açıb, səni göndərim get onun yanında aşbaz işlə. H.Etibarla orda alacağq məvacibidə konkretləşdirən Hüseyn yoldaşının maaş kartı ilə bankdan min manat kredit görürərək təyyarəyə bilet alıb yola düşür Ukraynaya. Şikayətçi iddia edir ki, bir müddət işlədikdən sonra, bir gün Asif Quliyevlə dərdləşərkən Yeni Azərbaycan Partiyasının üzvü olduğunu bildirir. Elə bu Yeni Azərbaycan Partiyasının üzvü olmaq aşbaz Hüseynə baha başa gəlir. Belə ki, Əli Kərimlinin oğlunun kirvəsi olmuş Quliyev Asif aşbazı Hüseynin sənədlərini əlindən alıb yeddi ay (özünün dediyi kimi) kölə formasında işlədir. Hətta, onu da qeyd edir yeddi aydan çox işlədilən Hüseynə 1800 dollar verildikdən sonra işlədiyi yerdən qovulur. Qalıq pulunu tələb edən Hüseynə Asif Quliyev bildirir ki, sənin qalıq məvacibini YAP-çı olduğun üçün Əli Kərimliyə maliyyə dəstəyi kimi göndərilib. Ölkəyə qayıdan İsmayılov Hüseyn bir-başa üz tutur onu Ukaryna şəhərinə göndərib cavabdeh olan Zərdab Rayon Maliyyə İdarəsinin rəsi Hacıyev Etibar Xələf oğlunun yanına. Şikayətçinin iddiasına əsasən Hacıyev Etibar Xələf oğlu Ukrayna şəhərində yaşayan dostu Quliyev Asif Səhrab oğlunun sözlərini təsdiqləyərək onun qalıq 4200 dollarlıq məvacibinin Əli Kərimliyə çatacağını bir daha sübut edib.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.
Reportyor.tv


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR