Ağdamda toy-nişan olur, başçı karantində təbrik yollayır –BİR FOTO-nun İZİ İLƏ

2-08-2020, 15:25 1242 dəfə baxılıb

Ağdamda toy-nişan olur, başçı karantində təbrik yollayır –BİR FOTO-nun İZİ İLƏ


Ağdamda karantin günlərində vəzifəli şəxslərin toy-nişan mərasimi keçirməsi xəbəri böyük ajiotaja səbəb olub.
“Yeni Sözçü”qəzeti yazıb ki Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova iyul ayının 9-da qapalı yerdə çoxsaylı insanların iştirakı ilə nişan mərasimi keçirib. Bundan əvvəl isə Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova bacısı oğlunun da toy mərasimi olub.
Mərasimindən çəkilmiş şəkildə də qapalı məkanlarda bütün toy məclislərinin keçirilməsinin qadağan olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci tarixli qərarının tələblərinin kobud şəkildə pozulduğu aydın görünür.
Azerinfo-ya daxil olan məlumata gorə daxil olan məlumatda yanlışlıq var.
Fotoda olan nişan mərasimi Mətanət Misirxanovanın bacısı oğlu Zabilin xeyir işidi. Zabil həm də onun idarəsində şəxsi sürücüsüdür.
Zabilin atası Qabil İbadov əvvəl yerli “qaçqınkom”un sədri olub.
Yazıdan sonra o sosial şəbəkədə oğlunun nişanının 8 martda, yəni xüsusi karantin rejimindən əvvəl olduğunu deyib. Halbuki yazı çıxanadək profilində oğlunun nişanı ilə bağlı foto vardı. Nişan karantin vaxtı olub deyə şəkli təcili sildi.
Üstəlik, şəkli yayan “kişiciyəz” kimdirsə həmin adamın qızı ilə bağlı təhqiramiz bir şərh yazıb . Həmin adamın kim olduğunu bilmirik. Mətbuatı hədələyənləri isə çox görmüşük.
Kimsə qıraqda arvad saxlayılr, o da şəkli paylaşıb. Hələ videosu da çıxacaq.
Qaldı ki, Mətanət Misirxanovaya.. onun öz qızının da nişanı olub may ayında. AĞDAMDA, HƏYƏTLƏRİNDƏ. Qudası da Muradxan həkimdir.
Bunu icra başçısı Vaqif Həsənov da bilir. Hələ təbrik də yollayıb.Çünki yeznə Nurlan icrada işləyir həm də.
Bu adamın təhkim olduğu rayonda karantin rejimi pozulur, oturub dinməzcə baxır. Prezidentin tapşırıqları Ağdama aid deyil?
Zabilin toyu nişanı isə Yevlaxda olub. Orda olanlara yerli icra məsuliyyət daşıyıb.
Vaqif Həsənov isə rayonunda baş verənlərə və məmur özbaşınalığına son qoya bilmir.

Ağdamda toy-nişan olur, başçı karantində təbrik yollayır –BİR FOTO-nun İZİ İLƏ
Ağdamda toy-nişan olur, başçı karantində təbrik yollayır –BİR FOTO-nun İZİ İLƏ
Ağdamda toy-nişan olur, başçı karantində təbrik yollayır –BİR FOTO-nun İZİ İLƏ


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR