Bu təhsil ocağında rəsmən özbaşınalıqdır... - "Tədbir görülsün..."

4-08-2020, 10:16 285 dəfə baxılıb

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyi deyəsən, rəsmən özbaşına qalıb. Hər halda görünəni budur. Xatırladaq ki, dünən sözügedən təhsil ocağında oxuyan tələbələrin valideynlərinin şikayətlərini dia.az olaraq diqqətinizə çatdırmışdıq. Bu gün isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecindəki özbaşına mühitlə bağlı məlumat əldə etmişik.

DİA.AZ-a verilən məlumatda bildirilir ki, məktəb direktoru karantin vaxtı geniş tərkibdə iclas keçirib. Məlumatı verən mənbənin iddiasına görə, direktor virusla mübarizə məqsədilə qoyulmuş qaydaları və qanunu pozaraq bu yaxınlarda geniş tərkibdə müəllimlərin iştirakı ilə iclas keçirib:

“Direktor Təhsil Nazirliyində Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini işləyən oğlu Orxan Abbasova arxayındır. Bilir ki, nazirliyə gedən şikayətləri oğlu yerindəcə “yoxa” çıxarır. Ancaq fikirləşirik ki, artıq yeni nazir təyin olunub və artıq ondan şikayət məktubu gizlətmək mümkün olmayacaq. Nazirdən istəyimiz odur ki, kollecdə yoxlama, araşdırma aparılsın, tələbələr, validenylər, müəllimlər danışdırılsın, tədbir görülsün”.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR