Rahib Nəbizadə əsassız qərar çıxarıb- Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimindən ŞİKAYƏT VAR

11-08-2020, 21:14 679 dəfə baxılıb

Rahib Nəbizadə əsassız qərar çıxarıb- Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimindən ŞİKAYƏT VAR


Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Rahib Nəbizadə barəsində redaksiyamıza şikayət məktubu daxil olub.
Vətəndaşın ölkə rəhbərliyinə və aidiyyatı orqanlara ünvanladığı məktubu olduğu kimi dərc edirik:




“Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarına.

Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab F.Məmmədova
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab R.Rzayevə
Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin sədri cənab F.Abdullayevə

İmişli rayonu Qulubəyli kənd sakini Qurbanov İsmayıl Mürşüd oğlu tərəfindən
Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ:

Cənab Prezident.
Şikayətim Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Rahib Nəbizadə barəsindədir.
Hakim Rahib Nəbizadə 22 iyul 2020-ci il tarixdə İş №2-1(102)-1435/2020 saylı iş üzrə mənim iştirakım və razılığım olmadan Karantini bəhanə gətirərək özbaşına qarşı tərəfin xeyrinə qanunsuz qərar qəbul etmişdir. Hakim R.Nəbizadə vəziyyətdən sui-istifadə edib şəxsi maraqlarına xidmət edərək belə bir qanunsuz qərara imza atmışdır.
Məlumat üçün bildirirəm ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2-1(086)-1730/2019 saylı qərarı ilə İmişli rayonu Qulubəyli kənd sakini Ocaqov Fərasət Xalıq oğlunun Qulubəyli Bələdiyyəsinə və maraqlı tərəf kimi məhkəməyə cəlb edilmiş üçüncü şəxs qismində mənə qarşı iddia tələbi təmin edilməmişdir.
Şirvan Apelysasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli, 2-1(106)-165/2020 saylı qərarı ilə Fərasət Ocaqovun Apelyasiya şikayəti təmin edilməmişdir.
Həmin qərardan Fərasət Ocaqov Ali Məhkəmənin İnzibati Kollegiyasına Kassasiya şikayəti vermişdir. Həmin Kassasiya şikayəti üzrə işə 22 iyul 2020-ci il tarixdə saat 12:15-də baxılacağı barədə mənə rəsmi bildiriş göndərilmişdir. 21 iyul 2020-ci il tarixdə poçt vasitəsilə hakim Rahib Nəbizadədən ikinci bildirişi aldım. Bildirişdə mövcud karantin ilə əlaqədar şifahi dinləmələr keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqeyimi yazılı və ya şifahi qaydada bildirməyim təklif olunurdu. Mənim yazılı mövqeyimi bildirməyin qısa zaman kəsiyində mümkünsüz olduğu aydın məsələdir. Odur ki, həmin gün dəfələrlə Ali Məhkəmənin qaynar xəttinə 012-489-07-07 nömrəli telefona zəng etsəmdə heç bir cavab verilmədi və bağlantı yaradılmadı. Həmçinin mən digər vaxtlarda hakimlərin bildiriş məktubunda göstərdikləri nömrələrə zəng etsəm də telefona cavab verən olmur.
Hakim Rahib Nəbizadə, torpaq sahəsinə dair hüquqlarımın müdafiəsinə və tanınmasına dair çıxarılmış və qanuni qüvvədə olan beş, Ali Məhkəmənin qərarlarının mövcudluğuna baxmayaraq qarşı tərəfin Kassasiya şikayətini qanunsuz olaraq təmin etmişdir.
İddiaçı Fərasət Ocaqovun tam əsassız olaraq hazırda mənim mülkiyyətimdə olan torpaq sahəsinin qərarını mübahisələndirməyə və hətta məhkəmədə iddia qaldırmağa belə heç bir haqqı olmadığı halda hakim Rahib Nəbizadə nəyə görə qarşı tərəfin kassasiya şikayətini təmin edir?
Məlumat üçün bildirirəm ki, 2014-cü ildə iddiaçı Fərasət Ocaqovun atası Ocaqov Xalıq Şirvan oğlu, mənim mərhum atam Mürşüd Qurbanova qarşı Şirvan İnzibati-İqtisadi məhkəməsində 0.06 ha həyətyanı torpaq sahəsinin və onun kənarından keçən yolun onun həyətyanı torpaq sahəsinə aid olduğunu əsas gətirərək iddia qaldırmışdır. Şirvan İnzibati-İqtisadi məhkəməsinin 11 fevral 2014-cü il tarixli 2-1(86)-80/2014 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
Həmin qərardan Xalıq Ocaqov Apellyasiya şikayəti versədə, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2014-cü il tarixli 2-1(106)69/2014 saylı qərarı ilə Apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin həmin qərarından Xalıq Ocaqov Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasına kassasiya şikayəti versədə Ali Məhkəmənin 03 sentiyabr 2014-cü il tarixli 2-1(102)-1037/14 saylı qərarı ilə Apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır.
Ocaqov Fərasət Xalıq oğlu mənim hazırda mülkiyyətimdə olan 0.06ha həyətyanı torpaq sahəsinə görə Şirvan İnzibati-İqtisadi Məhkəməsində 2015-ci ildə iddia qaldırmış, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 avqust 2015-ci il tarixli 2-1(86)-1091/2015 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan Apellyasiya şikayəti verilsədə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 noyabr 2015-ci il tarixli 2-1(106)-266/2015 saylı qərarı ilə Apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 19 may 2016-cı il tarixli 2-1(102)-572/2016-cı il tarixli qərarı ilə Ocaqov Fərasət tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
Fərasət Ocaqov ikinci dəfə tam qanunsuz olaraq eyni məzmunlu iddia tələbi ilə 2016-cı ildə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 6 dekabr 2016-cı il tarixli 2-1(86)2137/2016 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı Apellyasiya şikayəti versədə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 sentyabr 2017-ci il tarixli 2-1(106)-205/2017 saylı qərarı ilə Apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan Fərasət Ocaqov Kassasiya şikayəti versədə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(102)-2324/2017 saylı qərarı ilə iddiaçı Fərasət Ocaqovun Kassasiya şikayəti təmin edilməmişdir.
İmişli rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(036)-820/2018 saylı qərarı ilə iddiaçılar Fərasət və Xalıq Ocaqovların 6 saylı Ərazi İdarəsinə qarşı sənədlərin ləğv edilməsinə dair və mənim Ocaqovlara qarşı mülkiyyət hüququnun bərpa olunmasına dair qarşılıqlı iddia üzrə Ocaqovların iddia tələbi rədd edilmiş, mənim iddia tələbim isə təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli 2(106)-3145/2018 saylı qətnaməsi ilə Apelyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin 29 aprel 2019-cu il tarixli 2-1 (102)-2928/2019 saylı qərarı ilə Ocaqovların Kasassiya Şikayəti təmin olunmamışdır. Həmin iş üzrə İmişli İcra və Probasiya Şöbəsi Məhkəmə qərarını icra edərək mənim mülkiyyətçi olaraq hüquqlarımı bərpa etmişdir. Məlumat üçün bildirirəm ki, Fərasət Ocaqova verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi hazırda iddiaçının tələb etdiyi ərazidə deyil, həmin ərazidən təqribən 1 km kənarda yerləşir. Hazırda Fərasət Ocaqov həmin 0.06 ha torpaq sahəsində mişar daşından yaşayış evi tikmiş və yardımçı bina inşa etmişdir.
İmişli rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(036)-3163/2018 saylı qətnaməsi ilə iddiaçılar Ocaqov Xalıq Şirvan oğlu və Ocaqov Fərasət Xalıq oğlunun cavabdehlər mən İsmayıl Qurbanova və digərlərinə qarşı alqı-satqı müqaviləsinin, Çıxarışın və hüquqmüəyyənedici sənədlərin və s. ləğv olunmasına dair iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1906/2019 saylı, 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçıların Apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya Məhkəməsinin qərarından iddiaçılar Ali Məhkəməyə Kassasiya şikayəti versələrdə Ali Məhkəmənin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(102)-7077/2019 saylı qərarı ilə iddiaçıların Kassasiya şikayəti təmin olunmamışdır.
28 sentyabr 2010-cu ildə Şirvan Apellyasiya Məhkəməsində (hakim Kamran Əkbərov) keçirilən iclasda ikinci dəfə əlavə ekspertiza təyin olunmuşdur. İlkin keçirilən ekspertiza ilə Fərasət Ocaqovun atası Xalıq Ocaqov razılaşmadığına görə təkrar ekspertiza təyin olunmuşdur. 2(106)-325/2010 saylı mülki iş üzrə ekspertiza təyin olunmuş 07 yanvar 2011-ci il tarixli 15359 saylı rəy tərtib olunaraq məhkəməyə təqdim olunmuş, həmin rəy əsasında Şirvan Apellyasiya Məhkəməsi Xalıq Ocaqovun deyil mənim mərhum atam Mürşüd Qurbanovun xeyrinə qərar çıxartmışdır. Həmin iş üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilməmişdir.
Şirvan Apellyasiya Məhkəməsində mülki iş üzrə Apellyasiya şikayəti vermiş Fərasət Ocaqovun tələbinə əsasən 02 may 2017-ci il tarixdə 2-1(106)-205/2017 saylı (hakim Qəzənfər Kərimov) qərardadı ilə Məhkəmə Tikinti-Texniki Ekspertizası təyin olunmuş 21 avqust 2017-ci il tarixli 12515-saylı rəyə əsasən Fərasət Ocaqovun Apellyasiya şikayəti təmin olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Fərasət Ocaqova məxsus həyətyanı torpaq sahəsi mənim həyətyanı torpaq sahəmdən bir kilometr uzaqda yerləşir və Fərasət Ocaqov həmin torpaqda iki yaşayış evi tikmişdir.
Xahiş edirəm Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Rahib Nəbizadə tərəfindən qəbul edilmiş 22 iyul 2020-ci il tarixli, İş №2-1(102)-1435/2020 saylı iş üzrə qərar əsassız və qanunsuz olduğundan ləğv edilsin.
İmza: Qurbanov İ.M.”

P.S. Qarşi tərəfin münasibətin dinləyə bilərik.



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR