"Az qalıb, yüksək vəzifəyə təyin ediləcəm"

26-08-2020, 09:16 388 dəfə baxılıb

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanovla hədsiz işgüzar münasibəti olan Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov birinci ilə yaxın münasibətlərindən yararlanıb dostlarını vəzifələrə yerləşdirməyə başlayıb.
Faktinfo.az saytının əldə etdiyi məlumata görə,Yusif Ələsgərov bu yaxınlarda bir neçə təyinata nail olub. Belə ki, o "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin idarəetməsində olan Sumqayıt Sənaye Kombinatının direktoru Zakir Rüstəmovu Samur - Abşeron Kanalının İstismarı İdarəsinin rəisi, Sənaye Kombinatının direktoru vəzifəsinə isə Mirkamil Seyidovu təyin etdirə bilib.

Bir neçə ay sonra isə Mirkamil Seyidovu Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinə rəis təyin etdirə bilən Yusif Ələsgərov, Sumqayıt Sənaye Kombinatının direktoru vəzifəsinə öz adamını qoydura bilib. Bununla, Abşeron SSİ-nin rəisi Yusif Ələsgərov mövqelərini bir az da möhkəmləndirib. Hətta o, çevrəsinə "az qalıb, daha yüksək vəzifəyə təyin ediləcəm" fikrini bildirib.

Qeyd edək ki, ötən həftə xəbərdə adı keçən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası, şirkət və əmlakı barəsində araşdırmaçı jurnalist Cavanşir Həsənli, Mirkamil Seyidovun bir neçə MMC üzərindən tenderlərin qalibi olmasına dair Aktualinfo.org saytı məlumat yaymışdı.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Abşeron SSİ-yə bir neçə dəfə zəng etsək də, idarə rəisinin işdə olmadığı bildirildi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR