Xocavənd: Rayon düşmən əsarətində, rəhbrəliyi isə... - Sakinlər niyə narazıdır?

29-08-2020, 10:49 543 dəfə baxılıb

Xocavənd: Rayon düşmən əsarətində, rəhbrəliyi isə... - Sakinlər niyə narazıdır?

Bu görüntü Xocavənd rayonunun Mərkəzi Xəstəxana şöbəsindəndir. Soruşa bilərsiniz ki, xəstəxana niyə bu vəziyyətdədir? İşçilər hardadır? Və ya işçilərin əmək haqqı kartları hardadır, - deyə sual versək daha düz olar? Müsahiblərimiz bu sualı dəqiq və konkret cavablandırırlar.



Rayon xəstəxanasının baş həkimi Nurəngiz Bəşirovanı 2017- ci ildə korrupsiya, dövlət malına ziyan verdiyinə görə Səhiyyə Nazirliyinin Kollegiyası işindən azad edib və barəsində cinayət işi açılıb.(Ağcabədi Rayon Prokurorluğunda Nürəngiz Bəşirovaya və xəstəxananın bir neçə işçisinə 179.2.3. (öz qulluq mövqeyindən istifadə etmək) və 313. (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. Həmin cinayət işində Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə günahlandırılırdı.)

Qısa müddət keçdikdən sonra bu xanım Xocavənd rayonu İcra başçısının tut bağında bəhməz bişirib( müsahiblərimin dediyinə görə orda olan böyük tut bağlarının bəhrəsi il böyük miqdarda arağda çəkirlər), istehsal edərkən yanıq xəsarətləri alıb. Bədəninin 80 faizdən çox hissəsi yanıb. 2 il keçdikdən sonra Xocavənd rayonu İcra başçısı Eyvaz Hüseyov həmin Bəşirovanı vəzifəsinə yenidən qaytardırıb. Bilinmir ki, baş həkimin xəsarət alması faktı ilə məhkəmə necə bağlanılıb. Amma istənilən halda həm sağlamlıq, həm də psixoloji baxımdan bu xanımın vəzifəyə qaytarılması doğru deyil. Nurəngiz xanım vəzifəsinə qayıtdıqdan sonra anoloji faktlar yenidən təkrarlanmağa başlayıb.
Zəruri qeyd:Hazırda rayon xəstəxanasının baş həkimi vəzifəsini daşıyan Rüfət Hüseynov formal bir fiqura çevrilib. Belə ki, Xocavənd sakinləri iddia edirlər ki, rəsmi olaraq Rüfət Hüseynov baş həkim vəzifəsini daşısa da rayon səhiyyəsini keçmiş baş həkim Nurəngiz Bəşirova idarə edir.
Qeyd edək ki, axır zamanlara qədər, Xocavənd rayon İcra hakimiyyətinin rəsmi saytında Nürəngiz Bəşirova yenədə baş həkim kimi göstərilir. Düzdür icra hakimiyyətinin idarələr bölməsində rayon xəstəxanasının baş həkimi Rüfət Hüseynovun adı da qeyd edilib. Amma Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri siyahısında Nürəngiz Bəşirovanın adı Mərkəzi Xətəxananın baş həkimi kimi göstərilirdi.

Teref.az olaraq yenədə qeyd etmək istəyirik ki, bir qədər əvvəl pia.az saytının Xocavənd MərkəziXəstəxanası və Nurəngiz xanımın orda baş həkim olması barədə yazısına Xocavənd Mərkəzi Xəstəxanasından baş həkim Rüfət Hüseynovun imzası ilə təkzib gəlmişdi. Amma məsələnin maraqlı və gülməli tərəfi ondan ibarət idi ki, bu təkzib məktubu “Nurengiz Beshirova ” ünvanından gəlməsi idi. Yəni Nurəngiz xanım özü özü üçün təkzib məktubu yazıb göndərib və özüdə bilmədən özünün baş həkim olmasını sübut edib.(http://yenixeber.org/arasdirma/76095-eyvaz-huseynovun-cuvalda-gizletmek-istediyi-cida-.html. 12-07-2019)

İcara başçısı Eyvaz Hüseynov Xocavənd rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova ilə əlbir olaraq XRM xəstəxanasına dövlət tərəfindən ayırmış dəyirman preparatlarını, təsərrüfat əşyalarını, hər ay olaraq ərzaq məhsullarını sataraq dövlətə bütün bu illər ərzində külli miqdarda ziyan vurublar- deyə qeyd edir müsahiblərimiz. Problemlər bununla da bitmir. İcra başçısı tutduğu vəzifədən sui-istifadə edərək özünün və baş direktor Nurəngiz Bəşirovanın yaxın qohumlarını (heç bir tibbi təhsili olmayan) işə götürüb. Və işə gəlməmək müqabilində onlara məxsus maaş kartlarına baş mühasib Nəbi İmanov vasitəsilə hər ay əmək haqqlarını kartlardan şəkərək mənimsəyiblər. Bildirirlər ki, xarici ölkə vətəndaşları olan və xaricdə işləyən Şahin həkim Almaniyada yaşamasına baxmayaraq Xocavənd Mərkəzi xəstəxanasında T.T.Y- şöbəsinin baş həkimi idi. Bundan başqa Ukrayna vətəndaşı olan hal-hazırda orda yaşayan Diana adlı qadının da adıda axırıncı 1 həftəyə qədər xəstəxanada həkim kimi gedirdi. Diana Eyvaz Hüseynovun 2001-ci ildə şəhidlik statusu verdiyi qardaşı İlyas Hüseynovun xaricdə yaşayan qızıdır.

Bu illər ərzində hər iki tərəf Səhiyyə sahəsində ən xırda detalı da gəlirli sahəyə çeviriblər. Belə ki, uzun müddətdir istifadəyə yararsız olan və matoru işləmədiyi üçün sürülməyən, köhnə tibb maşınından da xeyir götürüblər. Bu maşının nömrəsi 28 AA 021- dir. Və göründüyü kimi nömrə maşının üzərində deyil. Maşının nömrəsi ayrı-ayrı yaxın qohumlarının maşınlarına bağlanaraq dövlətin səhiyyə üçün ayırdığı yanacağı özlərinə sərf edirlər. Demək olar ki, bütün sahələrdə ən çox pul aparan da yanacaqdır.

Bütün bu nöqsanlara qarşı çıxanda, etiraz edəndə də deyirlər get hara deyirsən de. Buranın yiyəsi Eyvaz Hüseynovdur. Heç kim, heç nə edə bilməz.

Rayonda baş verənlərlə bağlı Xocavənd sakinləri Cənab Prezidentə, Baş Prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə ərizələrlə müraciət edib. Və tək xahişləri odur ki, Cənab prezident onları bu bəladan qurtarsız. Torpaqları mənimsənilən, səhiyyə sistemi bərbad olan, şəhidlərinə hörmət qoyulmayan rayonda yaşamaq onları narazı salır. İstəkləri odur ki, qaranlıq keçmişi olan Xocavənd rayonu icra başçısı və onların ətrafındakıların qanunsuz əməllərinə son qoyulsun.
Teref.az yazır ki, rayon sakinləri ilə söhbət zamanı keçmişə aid bir çox faktlar eşitdik.
Gələn sayımızda Əlikram Hümbətovun Xocavəndin müdafiəsinə nə dəxli var?
Xocavənd AXC sədri seçiləndə Eyvaz Hüseynova Əlikram Hümbətovun nə köməyi dəyib və ilaxır...
Eyvaz Hüseynov kimlərin üstünə avtomat çəkib mal-qaradan pay istəyib?
Eyvaz Hüseynovun Qaradağlı camaatı ilə nəyə görə yola gedmir? //TEREF.AZ//


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR