Bələdiyyə sədriylə icra başçısı arasında qovğa: 10 MİN MANAT MƏSƏLƏSİ

3-12-2015, 14:03 728 dəfə baxılıb

Bələdiyyə sədriylə icra başçısı arasında qovğa: 10 MİN MANAT MƏSƏLƏSİ












Hikmət Quliyev Xaləddin İsgəndərovun «girov»una çevrilib

Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevlə rayonun icra başçısı Xaləddin İsgəndərov arasında ciddi narazılıq yaranıb. Narazılığa səbəb kimi, icra başçısının bələdiyyə sədrindən aylıq haqq istəməsi göstərilir. Bu barədə redaksiyamıza Mərdan Bəşirov adlı şəxs məlumat verib.

Onun bildirdiyinə görə, Hikmət Quliyev keçmiş sədr İlham Xəlilovun yerinə qəfil gətirilmiş adamdır. Bu posta təyinat alanda da xeyli sevinibmiş. Lakin bu sevincin ömrü uzun çəkmir və Quliyev necə bir böyük bəlanın içinə düşdüyünün fərqinə varır.

Redaksiyamıza verilən məlumatda qeyd edilir ki, Xaləddin İsgəndərov hər ay Hikmət Quliyevdən 10 min manat pul tələb edir. Mərdan Bəşirovun sözlərinə görə, icra başçısı bu addımını belə əsaslandırır ki, bələdiyyə sədrini elə-belə vəzifə başına keçirməyib. «Hikmət Quliyev də qollarını çırmayaraq, camaatın üzərinə düşüb. Bələdiyyə sədri qəsəbədə olan-qalan torpaqları da dəyər-dəyməzinə sataraq, borclarını ödəməyə çalışır. Lakin bu zaman onun ciddi problemlə üzləşdiyi də deyilir. Belə ki, sədr zəbt olunmuş əraziləri satışa çıxarıb».

Mərdan Bəşirov daha sonra yazıb ki, Biləcəri qəsəbəsinin sakinləri bələdiyyə sədrinin əlindən prezidentə şikayət etməyə hazırlaşır. «Belə bir xəbər var ki, Hikmət Quliyev artıq Xaləddin İsgəndərovun tələblərinə yerinə yetirə bilmir. Və bu səbəbdən də işdən çıxacağı gözlənilir. Həfədə Quliyevin düşməsinin başlıca səbəblərindən biri də odur ki, Xaləddin İsgəndərov Binəqədidəki əksər bələdiyyə sədrlərinə söz deyə bilmir. Çünki onların bir çoxu qadındır. Ona görə də, Hikmət Quliyevi hədəfə alıb».

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR