Mirqiyas Kazımov MERO-da bazar açıb

4-12-2015, 15:03 807 dəfə baxılıb

Mirqiyas Kazımov MERO-da bazar açıb

















11 saylı Qeydiyyat-İmtahan Şöbəsi rəisinin sürücülük vəsiqəsi alverini işçisi Kamaləddin Əliyev həyata keçirir

Ötən günlərdə xəbər vermişdik ki, Baş Dövlət Yol Polis İdarəsinin İmişli rayonunda yerləşən 11 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Mirqiyas Kazımov işlərini böyüdərək, hətta közdən əlillərə belə sürücülük vəsiqəsi verir.

Redaksiyamıza bununla bağlı daxil olmuş məlumatlarda vurğulanır ki, bu məsələnin üstü bir neçə il bundan əvvəl açılsa da, Kazımovun sayəsində iş ört-basdır edilmişdi.

Bu günlərdə isə sözügedən MERO ilə bağlı daha bir məlumat daxil olub. Həmin məlumatlarda deyilir ki, 11 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsi sözün həqiqi mənasında bazara çevrilib. Belə ki, MERO rəisi son aylar biznesinin çiçəkləndirmək üçün "açıq qapı" sistemi elan edib. İmişli camaatı Mirqiyas Kazımovun istənilən şəxsə sürücü vəsiqəsi verdiyi üçün onun əməllərinə "açıq qapı" sistemi deyirlər. Yəni, pulu olan hər bir vətəndaş 11 saylı Qeydiyyat-İmtahan Şöbəsindən sürücü vəsiqəsi əldə edə bilər.

İmişi sakinləri iddia edirlər ki. hazırda 11 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 800-900, BC kateqoriyası üzrə sürücülük vəsiqələri isə 1000-1200 manatdır. «E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir».

Məlumatda o da qeyd olunur ki, Mirqiyas Kazımov sürücü vəsiqəsi satmaqla özünə böyük var dövlət, həm də arxa tapıb. Əgər onun arxası olmasaydi haqqında edilən yüzlərlə şikayətlərə baxıb xəbərdarlıq edərdilər.

Redaksiyamıza verilən bilgilərdə vurğulanır ki, ööbə rəisinin sürücülük vəsiqəsi alverində əsas adamlarından biri, işçisi Kamaləddin Əliyevdir. Mənbə iddia edir ki, bütün danışıqlar və pul işləri onun əliylə görülür. Rayonda makler kimi ad çıxarmış Kamaləddin Əliyevin yaxşı imkanlara sahib olduğu da vurğulanır.

Məlumatda bildirilir ki, Mirqiyas Kazımov və işçiləri vətəndaşlardan aldıqları pulun hesabına özlərinə dəbdəbəli həyat şəraiti qurublar. Şöbə rəisinin bir neçə avtomobili olmaqla bərabər, İmişli-Beyləqan yolunun üzərində restoranı və rayon mərkəzində bir neçə avtoyuma yerləri də var. Bundan başqa, Miqiyas Kazımovun Bakı şəhərində bir neçə evinin, İmişli rayonunda 200 hektardan çox torpaq sahəsinin və böyük mal qara təsərrüfatına sahib olduğu deyilir.

Araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR