Sabiq polis rəisinin milyonluq mülkləri və yüz minlik pul borcları-QALMAQAL/VİDEO

25-09-2020, 11:25 1500 dəfə baxılıb

Sabiq polis rəisinin milyonluq mülkləri və yüz minlik pul borcları-QALMAQAL/VİDEO


“Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər yaradılır, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir”.

Bu sözləri Ilham Əliyev bu il avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən demişdi.

Prezidentin sahibkarların incidilməməsi ilə bağlı onlarla çıxışı var.

Həmişə də məmurlara tapşırır ki, sahibkarları qəti incitmək olmaz.

Reallıqda vəziyyət necədir? Azərbaycanda sahibkarlar incidilir də, hələ müflis də edilir.

Vergini, yerli icra hakimiyyətini qoyaq bir kənara. Asayişi qorumalı olan polis zabitlərinin sahibkarları çökdürtməsini eşidəndə insan bu ölkənin gələcəyi haqda nikbin düşünə bilmir.

İsmayıl Əsədovu bu ölkədə az adam tapılar ki, tanımasın. Yasamal, Nərimanov, Kürdəmir rayonlarının polis rəisi olub.

Daxili İşlər Nazirliyinin ən üzdə olan simalarından biri olub. Elə o dərəcədə də qalmaqallı və korrupsiyaya bulaşmış bir şəxsdir.

İndi məlum olur ki, vəzifədə olarkən səlahiyyətlərindən sui-istifadə edib. Bir neçə sahibkarı aldadıb, küllü-miqdarda ziyan vurub.

Hələ ötən ilin əvvəlində əslən Naxçıvanın Şərur rayonundan olan Bakı şəhər sakini Cəsur Bağırov sabiq polis rəisinin başına necə oyun gətirməsindən bütün KİV-lər yazmışdı.

Sən demə bu hələ ən qalmaqallı olay deyilmiş.

İsmayıl Əsədovun ölkənin müxtəlif yerlərində dəbdəbəli obyekt və villaları var. Onları təmir etdirib. Və müxtəlif sahibkarlara böyük məbləğlərdə pul borcu qalıb. Birinə 40 min, birinə 60 min, birinə daha çox. Demək olar ki, hamısına pul borcunu ödəməkdən imtina edib. Kimini şərlətməklə, kimini həbslə hədələyib.

Azerinfo.tv-yə müraciət edən ,Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi ,döngə 10, eüv 3 ünvanında yaşayan Səlimov Sənan Səfər oğlu deyir ki, 2003-cü ildən sahibkarlıqla məşğuldur.

15 il uğurla fəaliyyəti olub. Lakin İsmayıl Əsədovu tanıyandan çərxi-fələyi dönüb.

2015-ci ildə onunla dostluq münasibətində olan İsmayıl Əsədov onunla görüş zamanı deyib ki, Buzovna qəsəbəsində yerləşən bağında təmir etmək istəyir.

Bağda izosistem pəncərə, qaraj qapısı , gözətçi otağı üçün kalitka qapı və s işlər sifariş verir.

Bu 3 mərtəbəli, bir neçə milyon qiyməti olan villanın fasad-vitraj işləri də görülməli idi.

Görülən işlərin texniki tərəfi haqda çox dayanmaq istəmirik.

İşlərin ümumi məbləği 159190 manat edir.

Sənan Səlimovun şirkəti bu işi başlayanda Əsədov hələ Yasamalda rəis idi. Sonra Nərimanova təyinat alır. Kürdəmirə gedəndə iş yekunlaşır.

Polis rəisi iş yekunlaşandan sonra deyir ki, görülən işlər çox bahadır.

Sənan Səlimov başqa şirkətlərdən rəsmi sənəd alır. Düz 3 başqa şirkətdən. Eyni işi biri 200-ə, biri 300 minə deyir. Yəni Səlimovun şirkəti bu təmir işlərini icra edən qiymətcə ən sərfəli şirkət olub. Əsədov 105 mini ödəyir, 57340 manat borclu qalır.

Və bu pulu vermək istəmir.

Sənan Səlimov 2017-ci ildə Əsədov İsmayıl Həmid oğlunu məhkəməyə verir.

Məhkəmə iclas katibi Səadət Abdullazadənin katibliyi ilə Səlimov Sənan Səfər oğlu, Məmmədova Sevinc Novruz qızı, Ağayev Pərvin Allahşükür oğlunun İsmayıl Əsədova qarşı “pul,maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə baxılır.

Qərara alınır ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunsun, rəy bildirilsin. Məhkəmə ekspert rəyi alanadək dayandırılır.

Ekspertiza təyin olunsa da vəzifədə olan Əsədov ekspertizanın işinin aparılmasına icazə vermir. İşə düz bir il baxılmır.

İddiaçılara vurulan zərər daha da artır.

Nəhayət Nizami rayon Məhkəməsinin 01 iyun, 2019-cu il tarixli qərarı ilə iddiaçıların tələbi qismən təmin edilir. Və Əsədovdan 28,400 manat məbləğində vəsaitin idiiaçıların xeyrinə tutulması haqda qərar çıxarır.

Yenə məhkəməyə təzyiqlər, qeyri-qnuni hərəkətlərlə iddiaçıların pulu ödənilmir. Bu haqda Sənan Səlimov videosüjetdə ətraflı danışır.

2020-ci ilin , 30 yanvarında həmin iş üzrə Apelyasıya Məhkəməsində qərar çıxır. Ödəniləcək məbləğ 2 min də azaldılır. Əsədov bu məbləği belə ödəmək istəmir.

29 sentyabrda işə Ali Məhkəmədə baxılacaq.

Əcaba, aylıq məvacibi 2 min manatdan çox olmayan polis rəisi bu sərvətə necə yiyələnib? Çoxmilyonluq villanın tək şüşə işi 160 minə yaxın pul edib. Hələ başqa işlərin demirik. Villanın ərazisinın dəyərinin belə milyondan çox qiyməti var.

Adi polis rəisi onlarla sahibkarı zəlil günə qoyub. Qeyd edək ki, Əsədovun İslam İsmayılov adlı sahibkara 60 miə yaxın borcu var. Taxta işləri ilə bağlı.

Hələ əlavə olaraq bir neçə sahibkar da polis rəisinin ucbatından müflis olub.

Ardı var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR