Komitənin vəzifəlisi əmək kollektivinin torpağını mənimsəyib-VİDEO

21-10-2020, 13:30 273 dəfə baxılıb

Komitənin vəzifəlisi  əmək kollektivinin torpağını mənimsəyib-VİDEO
“Bakıtikintitresti”nin əməkk kollektiinin torpaq sahəsi zəbt edilib. Və qanunsuzluğun başında Əmlak Komitəsinin sədr müavini Rafiq Cəlilov durur.
Qafqaz.tv bildirir ki, bu haqda “Bakıtikintitresti”nin əmək kollektivi prezident İlham Əliyevə,
Azərbaycan Respublikası ƏMDK-sədrinə, Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Eldar Əzizova öz məktublarında yazıblar.
Şikayətdə deyilir:
“Bakıtikintitresti”nin hüquqi şəxs olmaqla fəaliyyətin nizamlanması məqsədi ilə Bakı şəhəri İHB-m 11 iyun 1993-cü il tarixli, 1104 saylı sərəncamı ilə Binəqədi Rayon, S.S Axundov küçəsi , 1096-cı məhələdə 38 sot torpaq sahəsi ayrılmışdır.
Uzun müddət fəaliyyətdən sonra özəlləşdirmə proqramı çərçivəsində 38 sot torpaq sahəsi və “Bakıtikintitresti”nin balansında olan avtomobil və avadanlıqların əmək kollektivinin adına özəlləşdirilməsi qərarı verilmişdir.

Bu zaman çox saylı süni maneə ilə rastlaşdıq və son yekun qərar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart, 2018-ci il tarixli qərarı qəbul olunub. (Məzmun həmin torpaq sahəsinin əmək kollektivnin adına özəlləşməsi).
Məhkəmə qərarlarının mövcud olmasına baxmayaraq Bakı İH-nin keçmiş başçısı H. Abutalıbov 20.04.2018-ci il tarixli sərəncamla torpaq sahələrinin “Anar 60” adlı hüquqi şəxs tərəfindən tikinti aparılmasına icazə verilib.”
Şikayətçilər deyir ki, Abutalıbovun verdiyi sərəncam ləğv edilməli, torpağı qanunsuz zəbt edənlər baradə cinayət işi qaldırılmalıdır.
Diğər tərəfdən, Xətai Rayon İcra və probasiya şöbəsinin 15 avqust ,2018-ci il tarixli icra vərəqəsinə əsasən 38 sot torpaq sahəsinin özəlləşdirilməsi Əmlak Komitəsinə tapşırılıb.

Şikayətçilər deyir ki. Əmlak Komitəsi bu günə qədər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmir.
Qanunsuzluqlara isə Kərəm Həsənovun müavini R. Cəlilov rəhbərlik edir.
Məqsəd əmək kollektivinin torpağını zəbt etməkdir.
P.S. Yazida adı keçən vəzifəli şəxslərin mövqeyini dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR