Gözəlik salonları və bərbərxanalar yenidən bağlanır? - AÇIQLAMA

4-11-2020, 15:17 241 dəfə baxılıb

Xəbər verdiyimiz ki, noyabrın 3-də Azərbaycanda 1242 nəfər koroavirusa yoluxub, 551-i isə müalicə olunaraq sağalıb, evə buraxılıb və 15 nəfər isə vəfat edib. Yoluxma sayı artmaqda davam edərsə bu həftə gözəlik salonları, kafe və restoranlar bağlana bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, əgər tədbir görülməsə yoluxma sayı 2000-2050-yə kimi yüksələcək:

"Maskasız olanların hər biri cərimələnməli, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa qoyulmalıdır. Digər şəxslər isə apreldəki kimi "sms icazə" ilə çölə çıxmalıdır. 100 manatı verəndən sonra ikinci dəfə insanlar maskasız gəzməyəcək. Hazırda ətrafımda 30 nəfər şəxs var və bunların cəmi 3-4 nəfəri maska taxıb. Maska taxanların da ağzı və burnu açıqdır. Avtobusa minən şəxslər sürücünün yanından keçəndən sonra maskanı çənəyə endirirlər. İctimai qınaq da yoxdur. Heç kim maska taxmayana irad tutmur. Ən önəmlisi insanlarla yaxın kontakda olan gözəlik salonları, bərbərxanalar bağlanılmalıdır. Kafe və restoranlar təlimata uyğun işləməlidir. Stolların arasında 2 metr məsafə qoyulmaldır".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR