Lerik Rayonunun Təhsil Şöbəsinin müdiri niyə qaçıb? - İTTİHAM

12-01-2021, 10:43 195 dəfə baxılıb

"27 sentiyabrda Vətən Müharibəsi başlayan gündən xalqımız öz birliyini bütün sahələrdə nümayiş etdirdi. Hamının bir məqsədi , bir amalı vardı. Bütün imkanlarla orduya dəstək olub qələbə qazanmaq, düşməni tarixi torpaqlarımızdan qovmağa tövhə vermək hər bir vətəndaşın ən böyük vəzifəsinə çevrilmişdi...Lakin bəzi dıranağarası məmurlar və şəxlər 44 günlük müharibə zamanı yadım adı ilə öz çirkin əməllərini də ortaya qoymuş oldular". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Lerik Rayonunun Təhsil Şöbəsinin müdiri niyə qaçıb? - İTTİHAM
Məqalədə daha sonra bildirilir: "Bəziləri hüquq mühafizə orqanları tərəfindən saxlanılsa da bəziləri hələdə əməllərini örtməyə çalışırlar. Belə şəxlərdən biri də Lerik rayonunda gələcəyimizin təlim-tərbiyəsi ilə məşğul olan müəsisələrə rəhbərlik edən təhsil şöbəsinin müdiri Zöhrab Salayev oldu. Zöhrab Saleyev məktəb direktorlarına Silahli Qüvvələrə Yardiım Fondu üçün pul yığmasını tapşıraraq rayonda fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində çalışan müəllimlərdən 20 manat, texniki və yardımçı vəzifələrdə çalışanlardan isə 10 manat məbləğdə vəsait yığıb. Ümumulikdə rayon üzrə 3 min nəfərdən çox vətəndaş həmin məktəblərdə çalışır. Orta hesabla 50 minə yaxın vəsait toplayan Z.Saleyevin bu əməli Lerik rayonunda böyük rezonansa səbəb olub.Bundan hiddətlənən şəhid ailələri və Vətən müharibəsi iştirakçıları aidiyyatı qurumlara kollektiv məktublarla və sosial şəbəkələr üzərindən müraciətlər etməyə başlayıblar. Məsələ ilə bağlı rayon təhsil şöbəsi ilə əlaqə saxladıq. Adının mətbuatda açıqlanmasını istəməyən təhsil şöbəsinin əməkdaşı bildirdi ki, “müdirin tapşırıqlarını direktorlara biz çatdırdıq, vəsaiti də sonda şəxsən özünə təqdim ediblər. Onun çox cuzi bir hissəsi şöbənin əməkdaşları adından ümulmilkidə 500 manata yaxın vəsait fonda köçürüldü, qalan vəsaititən heç kimin məlumatı yoxdur.Amma kifayət qədər iri məbləğdən söhbət gedir. Siyov, Mastayıl, Sori, Günəşli, Züvüç, Küsəkəran, Daster kənd məktəblərində bəzi müəllimlər və işçilər öz çeklərini istədilər deyə bu məsələ şişməyə başladı, indi bütün məktəblərdə öz çeklərini istəyənlər var. İctimailəşdikdən sonra müdir 10 günə yaxındır ki, yoxdur. Telefonlara da cavab vermir, harda olduğundan da məlumatım yoxdur.Biz ortada qalmşıq. Bəzi şəhid ailələri idarənin şüşələrini sınırmağa belə çalışırlar. Hər gün onlarla zəng, onlara şikayətçi gəlir. Mən də özümə daha yalan danşmağı sığışdırmıram”".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR