Masallıda dövlət bağçası satışa çıxarılıb-FOTO-VİDEO

18-12-2015, 13:40 676 dəfə baxılıb

Masallıda dövlət bağçası satışa çıxarılıb-FOTO-VİDEO


















İsgəndərli kəndində yerləşən və büdcə hesabına inşa edilmiş tikiliyə 280 min manat qiymət qoyulub


Masallı rayonunda olduqca əcaib və qəraib hadisələr baş verir. Hökumətin də yadından çıxmış bu rayonda istənilən hadisənin baş verməsi mümkündür. Elə bu səbəbdəndir ki, Masallıya 11 milyon manat pul ayrılmasına rəğmən, mərkəzi yolları keçilməz haldadır. Və ya milyonlarla vəsaitin ödənilməsnə baxmayaraq, bəzi məktəblər orta əsrlərdən qalma mədrəsələrə bənzəyir.

Redaksiyamız xəbər verir ki, rayonda baş verən daha bir möcüzəvi hadisə isə uşaq bağçası ilə bağlıdır. Əldə edilən məlumata görə, rayonun İsgəndərli kəndində yerləşən və 2014-cü ildə inşasına başlanılmış moderin tipli bağçanın tikintisinə nə qədər pul xərcləndiyi hələlik məlum deyil. Lakin ikmərtəbəli və bahalı binadan ibarət olan bu bağçanın geniş imkanlara malik olduğunu rayonda hamı bilir.

Qeyd edək ki, inşaat işlərini Masallı rayon İcra Hakimiyyətinin sifarişi əsasında həyata keçiriblər. Lakin tikintidə heç də yeni materiallardan deyil, rayonun Mahmudavar kəndindinə sökülmüş məktəbin daşı, ağacı və digər yararlı materiallarından yararlanıblar.

Amma işin möcüzəli tərəfi odur ki, Masallının İsgəndərli kəndində yerləşən, dövlət büdcəsi hesabına inşa edilmiş həmin uşaq bağçası artıq satışa çıxarılıb. Start qiyməti isə 280 min manatdır.

Redaksiyamız xəbər verir ki, bu satış işini kimin həyata keçirdiyi və ya hansı qurumun sifarişi ilə reallaşdırıldığı məlum deyil. Bəzi bilgilərə görə, İcra Hakimiyyəti rayonda daha iki yeni uşaq bağçası inşa etdirir və ora maliyyə vəsaiti lazım olduğundan İsgəndərlikdəki uşaq bağçasını satışa çıxarıb. Bəzi məlumatlarda isə deyilir ki, ümumiyyətlə, həmin bağçanı şəxsi adamlardan birinə satmaq qərarı verilib və ona görə də belə bir addım atılıb. Və bu belə əsaslandırılır ki, İcra Hakimiyyəti dövlət büdcəsindən ayrılan vəsait hesabına həmin bağçanı saxlaya bilmir. Ona görə də, əlavə xərclərdən yayınmaq üçün onu satmaq qərarına gəlib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR