Meyitləri tapılan neftçilərin adları açıqlandı

4-01-2016, 19:44 872 dəfə baxılıb

Meyitləri tapılan neftçilərin adları açıqlandı














Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və 'Günəşli' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir

SOCAR-dan “APA-Economics”ə verilən xəbərə görə, Xəzər dənizinin Türkmənistan sektorunda iki cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın “Azneft” İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

Orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar 'Günəşli' yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR