Bəbir kəndə hücum etdi - 5 yaşlı qız faciəvi şəkildə... - VİDEO

4-01-2016, 20:16 747 dəfə baxılıb

Bəbir kəndə hücum etdi - 5 yaşlı qız faciəvi şəkildə... - VİDEO













Hindistanda kəndlərdən birinə hücum edən bəbir sakinlərə çətin anlar yaşadıb. Bütün gecəni yuxusuz qalan yerli camaat yırtıcını zərərsizləşdirmək üçün çox çalışsa da, bəbir gözlənildiyi kimi asan təslim olmayıb

Hadisə ölkənin şimalındakı Uttar Pradeş ştatında baş verib. Evlərdən birinin həyətində gizlənən bəbir qəflətən sakinlərə hücum edib. Yırıtıcıın caynaqlarından xilas olmağa çalışan bir neçə hindli, müxtəlif dərəcəli bədən xəsarətləri ilə sağ qala biliblər. Qəzəbli heyvanı zərərsizləşdirmək üçün əraziyə heyvanxana işçiləri cəlb olunub.

Bəbirlə sakinlər arasındakı qaçdı-qovdu saatlarla davam edib. Heyvanxana işçiləri süstləşdirici iynə ilə yırtıcını yuxuya verib. Yalnız bundan sonra sakinlərin kabusuna çevrilən heyvan ərazidən uzaqlaşdırılıb.

Hindistanda yaşayış massivlərinin sürətlə genişlənməsi, meşələrin qırılması tez-tez ac qalan heyvanları kəndlərə üz tutmağa vadar edir. Bir neçə gün öncə bəbir hücumu daha dəhşətli sonluqla nəticələnmiş, 5 yaşlı qız faciəvi şəkildə dünyasını dəyişmişdi.
ATV.az

VİDEOYA BU LİNKDƏN BAXA BİLƏRSİNİZ


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR