Bakıda 16 yaşlı qız sosial şəbəkənin qurbanı oldu

6-01-2016, 20:32 961 dəfə baxılıb

Bakıda 16 yaşlı qız sosial şəbəkənin qurbanı oldu

















Bakının Sabunçu rayonunda zorlama faktı qeydə alınıb


Hadisə Ramana qəsəbəsində baş verib.

Məlumata görə, Ramana qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Alim Mehdiyev Qaraçuxur qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü A. Ş. ilə sosial şəbəkələrdən birində tanış olub.

Alim Mehdiyev bir müddət sosial şəbəkədə 16 yaşlı qızla danışıb. Onlar hətta bir-birləri ilə evlənəcəkləri barədə də söhbət aparıblar. Sonra Alim Mehdiyev 16 yaşlı qızı öz ailəsi ilə tanış etmək, bunun üçün onu öz evinə gətirmək barədə razılaşıb. Yetkinlik yaşına çatmayan qız da buna etiraz etməyib.

Alim Mehdiyev qızı aldadaraq Ramana qəsəbəsi, Mədən küçəsində olan yarımçıq tikililərdən birinə gətirib. Alim Mehdiyev orada 16 yaşlı qızla cinsi əlaqədə olub.

Sonra Alim Mehdiyev qızı alacağı barədə ona vədlər verib. Amma qız oğlan tərəfindən aldadıldığını başa düşüb və zorlanması barədə anasına danışıb.

Qızın anası S. Ş. hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib. Ərizə əsasında polis bölməsində araşdırma aparılıb.

Toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib.

Prokurorluqda faktla bağlı cinayət işi başlanıb.//teleqraf.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR