Azərbaycanda yanvar pensiyalarının verilməsinə başlanıldı

11-01-2016, 12:47 707 dəfə baxılıb

Azərbaycanda yanvar pensiyalarının verilməsinə başlanıldı


















DSMF məlumat yaydı

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ötən ili sərbəst vəsait qalığı ilə başa vurması cari ilin yanvar ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə imkan verib.

Bu barədə Fonddan bildirilib.

“Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köcürülməsi artıq başa çatdırılıb.

Yanvar ayının birinci yarısına qədər bu prosses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq”, - deyə DSMF-dan qeyd edilib.

Xatırladaq ki, ilkin məlumata əsasən, hazırda ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir. Onların 60,1%-ni yaşa görə, 28,9%-ni əlilliyə görə, 11%-ni isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR