Şəhidlər Xiyabanında aparılan hazırlıq işləri yekunlaşdı

18-01-2016, 10:27 680 dəfə baxılıb

Şəhidlər Xiyabanında aparılan hazırlıq işləri yekunlaşdı


















Əraziyə güllərdən xalça döşənilib

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında aparılan hazırlıq işləri yekunlaşıb.

Bu il xiyabanda fərqli kompozisiya yaradılıb. Belə ki, xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz guşəli ulduzlar vurulub.

Əraziyə güllərdən xalça döşənilib. Xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət məşəl kompozisiyası hazırlanıb. Giriş hissədəki Şəhidlər Xiyabanı yazılmış lövhənin, eləcə də pilləkənlərin üstü ağ və qırmızı güllərlə bəzədilib.

“Əbədi məşəl” abidəsinin yaxınlığındakı pilləkənlərdə tək qərənfil kompozisiyası qurulub. Digər bir pilləkəndə isə 20 Yanvar sözü ağ və qırmızı güllərlə yazılıb.

Qeyd edək ki, 20 Yanvar Azərbaycanda milli hüzn günü kimi qeyd olunur.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR