Ceyhun Cəfərov: 20 Yanvar hadisələrinə ilk siyasi qiyməti Ulu öndər Heydər Əliyev verib

19-01-2016, 11:34 875 dəfə baxılıb

Ceyhun Cəfərov: 20 Yanvar hadisələrinə ilk siyasi qiyməti Ulu öndər Heydər Əliyev verib


















«20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı iflic vəziyyətinə - informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. O günlərdə Azərbaycan xalqı sanki başsız qalmışdı. Belə ağır vəziyyətdə xalqına həyan çıxan o vaxt siyasi səhnədən kənarda olan Ümummilli lider Heydər Əliyev oldu. O, böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirdi, 20 Yanvar faciəsinin mahiyyətini açıqladı».

Ceyhun Cəfərov bildirib ki, imperiya rəhbərliyini qatil adlandıran Ulu öndər Heydər Əliyev faciənin törədilmə səbəblərini və təşkilatçılarının adlarını açıqladı. 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini qətiyyətlə tələb edən Heydər Əliyev baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi.
«Ulu öndərin Moskva nümayəndəliyindəki tarixi çıxışının mətni bütün maneələrə baxmayaraq, dünyaya yayıldı. Bu çıxış məhz o zaman informasiya blokadasında olan Azərbaycanda baş verən 20 Yanvar faciəsinə əsl siyasi qiymət idi. 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyev bu məsələni diqqət mərkəzində saxladı. Məhz Onun təşəbbüsü ilə ölkə parlamenti 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Həmçinin, 20 Yanvar şəhidlərinin adları əbədiləşdirildi, onların ailələri qayğı ilə əhatə olundu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir və 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Bilirsiniz ki, bugünlərdə Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərə verilən Prezident təqaüdünün artırılması iləbağlı qərar verdi. Bu qərarlar bütün cəmiyyətimiz tərəfindən yüksək qarşılanır. Çünki şəhidlərin xatirəsinin daim uca tutulması cəmiyyətimizdə vətənpərvərlik ruhunun daim yüksəlməsi üçün mühüm rol oynayır»- deyə, Ceyhun Cəfərov


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR