“3 azyaşlı uşağım var, yoxsulluq həddində yaşayıram”…

2-02-2016, 13:55 666 dəfə baxılıb

“3 azyaşlı uşağım var, yoxsulluq həddində yaşayıram”…













Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovdan kömək istəyən Zərdab rayon Gödəkqobu kənd sakini Rüstəmov Ayaz Sədyar oğlu bildirir ki, iki ilə yaxındır Səlim Müslümovun işçiləri onu “süründürür”. Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:

“Mən Gödəkqobu kənd sakini Rüstəmov Ayaz Sədyar oğlu yazıb bildirirəm ki, Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri məni süründürməçiliyə məruz qoyub ki, onun bu əməli araşdırılmalı və barəsində qanunu tədbirlər görülməlidir. Belə ki, Ünvanlı Sosial Yardım almaq üçün tələb edilən sənədləri yığıb 2014-cü ilin may ayı tarixində Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmişəm. Həmin gündən məni get-gələ salıb heç bir rəsmi cavab verməyiblər, nədəki sosial yardım vermirlər.

Hər dəfə gedib soruşanda yaxın vaxtlarda sosial yardım alacaqsınız deyib məni başdan edirlər. Ancaq qanunda nəzərdə tutulmuş qaydada sənədləri verdiyim gündən uzağı 1 ay müddətində mənə Ünvanlı Sosial Yardım alıb-almayacağıma dair rəsmi cavab verilməli idi”.

Daha sonra narazı vətəndaşın redaksiyamıza daxil olan müraciətində qeyd olunur: “Artıq iki ilə yaxın bir vaxt keçməsinə baxmayaraq heç bir cavab verməyiblər ki, bu ciddi qanunsuzluqdur. Himayəmdə 3 azyaşlı uşağım var. Yoxsulluq həddində yaşayıram. Bu boyda haqsızlıq, qanunsuzluq olmaz. Məndən sonra sənəd verənlər artıq sosial yardım alsalarda mən süründərməçiliyə məruz qalmışam.

Zərdabda Ünvanlı Sosial Yardım almaq üçün gərək rüşvət verəsən və yaxud da onların şərti ilə razılaşıb sosial yardımı bir onlara verəsən bir ilini də özün alasan. Gəlib yoxlasalar bu minvalla çoxlu sayda Zərdab rayon sakinləri sosial yardım alırlar. Bəs mənim kimi yoxsul ailə nə etsin?”

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR