Şəhid olan əsgərimizin dəfnini - Anası telefonda izlədi

6-02-2016, 14:03 627 dəfə baxılıb

Şəhid olan əsgərimizin dəfnini - Anası telefonda izlədi












Xəbər verdiyimiz kimi, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub

Bu barədə məlumatı Müdafiə nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda qeyd olunub ki, Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Bu gün Türkiyə mətbuatında şəhid İmran Mirzəyevin həyatı qələmə alınıb.

Məlumatı olduğu kimi sizə təqdim edirik:

“Bursanın Mustafakamalpaşa rayonunda anası ilə ilə birlikdə yaşayan İmran Mirzəyev 2014-cü ildə könüllü olaraq hərbi xidmətə yollanmaq üçün Azərbaycana gəlib və təmas xəttində ermənilərin törətdikləri təxribat zamanı həyatını itirib. Cənazəsi Azərbaycanda torpağa tapşırılan İmranın Mustafakəmalpaşa rayonunda yaşayan anası oğlunun dəfn mərasimində iştirak edə bilməyib. O, oğlunun dəfn mərasimini mobil telefonla çəkilən videodan izləyib.

Azərbaycanın Yevlax şəhərində anadan olan Sevinc xanım 2006-ci ildə türklə evləndikdən sonra Türkiyəyə gəlib. İmran Mirzəyev də iki bacısı ilə birikdə Türkiyəyə köçüb.

Onlar Burasının adı çəkilən vilayətində yaşayıblar. 15 oktyabr 2014-cü il tarixində İmran hərbi xidmət çəkmək üçün Azərbaycana qayıdıb.

Hərbi xidmətinin bitməsinə 55 gün qalmış o anasına zəng edib və pul istəyib. Ana isə oğluna bankla 60 manat (120 lirə) göndərib. Daha sonra ana oğluna zəng edərək pulu alıb-almadığını soruşub və daha sonra söhbətləşiblər. Anası ilə sonuncu dəfə danışan İmran həmin gecə təmas xəttində xidmətini davam etdirən zaman ermənilərin açdıqları atəş zamanı həyatını itirib. Bu ağrılı xəbəri alan ana evinin önünə türk bayrağını asıb. O, dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gələ bilməyib.

O, oğlunun torpağa dəfn edilmə anlarını isə telefonla göndərilən videolardan izləyib. Türkiyədə yaşayan İmranın qanunvericilik çərçivəsində Azərbaycanda hərbi xidmət keçməmək hüququ da varmış. Amma bütün bunlara baxmayaraq İmran Mirzəyev könüllü olaraq Azərbaycan ordusunda xidmət edib”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR