Lənkəran Hərbi Komissarlığında özbaşınalıq: AUTİZM XƏSTƏSİNİ ƏSGƏRLİYƏ APARMAQ İSTƏYİRLƏR

19-02-2016, 14:47 731 dəfə baxılıb

Lənkəran Hərbi Komissarlığında özbaşınalıq: AUTİZM XƏSTƏSİNİ ƏSGƏRLİYƏ APARMAQ İSTƏYİRLƏR











18 yaşlı Züryət Hüseynovun atasını qapıdan qovan Fikrət adlı şəxsin ondan hərbi bilet üçün 700 manat istədiyi bildirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsində özbaşınalıq hökm sürür. Bu özbaşınalıq o həddədir ki, hətta xəstə gənclərə belə hərbi xidmətə aparmaq üçün çağırış vərəqələri göndərilir.

Daxil olan məlumata görə, Lənkəran rayonu, Narbağı kənd sakini, 18 yaşlı Züryət Hüseynov autizm xəstəliyindən əziyyət çəkir. 18 yaşına qədər xəstəliyi ilə əlaqədar olaraq 1-ci qrup əlil kimi Hüseynov 67 manat müavinət alıb. Lakin 18 yaşı tamam olduqdan sonra onun təkrar komissiyadan keçməsi istənilib. Atası Fəraməz Hüseynovun müşayəti ilə Züryət komissiyadan keçib.

TSEK-də bildiriblər ki, əlillik dərəcəsi almaq üçün autizm xəstəsi olan gənc Lənkəran Mərkəzi Xəstəxanasında bir müddət yatmalıdır. Valideynləri də onların tapşırığına əməl edərək, Züryəti xəstəxanada yatırdıblar. Bu zaman ona verilən rəydə qeyd olunub ki, əvvəlki illərdən fərqli olaraq, Hüseynovun eşitmə qabiliyyətində bir qədər irəliləyiş var. Amma bütün hallarda onun xidmətə yararlı olması mümkün deyil.

Züryət Hüseynovun Bakıda Hərbi Qospitalda da müayinə olunması və komissiyadan keçirilməsi zərurəti yaranıb. Bakı qospitala gətirilən Lənkəran sakini müayinə edildikdən sonra onunla bağlı arayış hazırlanıb və rayon Hərbi Komissiarlığına göndərilib. Lakin Fəraməz Hüseynov indiyə qədər həmin sənədi ala bilmir.

Qeyd edilir ki, dəfələrlə Lənkəran Hərbi Komissarlığına üz tutan Narbağı kəndi sakininə deyiblər ki, Hərbi Qospitaldan komissiyanın arayışı onlara gəlməyib. Amma əvəzində ona başqa bir şey təklif olunub. Təklifi edən Hərbi Komissarlığın əməkdaşı Fikrət adlı şəxs deyib ki, əgər Züryət Hüseynovun hərbi xidmətə getməsini istəmirsə, habelə ona hərbi bilet verilməsini arzulayırsa, gərək əlləri ciblərində olsun. Bunun üçün 700 manatın gərəkli olduğunu bildirən komissarlıq işçisi, əks təqdirdə, Hüseynovun Bakıdan göndərilən arayışının da bir ildən sonra gələ biləcəyini valideynin diqqətinə çatdırıb. Fərəməz Hüseynov isə buna imkanı çatmadığını, qanuni haqqını tələb etdiyini dedikdə Fikrət adlı şəxs ondan bir daha Lənkəran Hərbi Komissarlığına gəlməməyi tələb edib. Gələcəyi təqdirdə isə problem yaradacağını vurğulayıb.

Xatırladaq ki, Lənkəran Hərbi Komissarı Faiq Əmirov bir müddət əvvəl bu vəzifəyə təyin olunub. Onun hazırda həbsdə olan və adı «MTN işi»ndə keçən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun adamı olduğu iddia edilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR