Azərbaycanda “Viaqra”nın qiymətləri dəyişdirildi

27-02-2016, 13:44 856 dəfə baxılıb

Azərbaycanda “Viaqra”nın qiymətləri dəyişdirildi














Tarif Şurası qərar qəbul edib

Son illər Azərbaycanda da müxtəlif səbəblərdən cinsi zəiflikdən əziyyət çəkən kişilərin sayında artım baş verib.

Bakıdakı apteklərin satıcıları da Modern.az-a deyiblər ki, son vaxtlar cinsi aktivliyi artıran preparatlar üçün əczaxanalara müraciət edənlər çoxalıb.

Müraciət edənlərin daha çox 25 yaşdan yuxarı kişilər olduğu bildirilir. Apteklərə müraciət edənlər “Viaqra”, “Kamagra”, “Kanvertan”, “Venegra”, “Vizarsin” və bu kateqoriyadan olan digər adda preparatlar istəyirlər.

Məlum olub ki, Azərbaycanda manatın 21 dekabr devalvasiyasından sonra Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən dərman preparatları arasında cinsi aktivli artıran vasitələr də var. Tarif Şurasının qərarına görə, bu dərmanların qiymətlərində dəyişiklik edilib.

Dəyişikliklərdən sonra apteklərdə pərakəndə satılan “Viaqra”, “Kamagra”, “Kanvertan”, “Venegra”, “Vizarsin” kimi bu kateqoriyadan olan preparatlara tərkibindən və istehsal olunduqları ölkələrdən asılı olaraq 4 manatdan başlayaraq 333 manatdək qiymət qoyulub.

Məsələn, Fransanın FAYZER PGM şirkətinin buraxdığı “Viaqra” dərmanı Bakıda 332 manat 90 qəpiyə satılır.

Misir istehsalı olan “Veneqra”ya isə 3 manat 88 qəpik qiymət qoyulub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR