Bakıda zibillikdən tapılan 90 kilo xırda pul Mərkəzi Banka verildi

28-02-2016, 14:19 752 dəfə baxılıb

Bakıda zibillikdən tapılan 90 kilo xırda pul Mərkəzi Banka verildi












2015-ci ildə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda aparılan çeşidləmə zamanı müxtəlif nominalda 90 kq-dan artıq xırda pul tapılıb.

Bu barədə fins.az “Təmiz Şəhər” ASC-nin ötənilki fəaliyyətinə dair yaydığı hesabata istinadən xəbər verir. Məlumata görə, həmin pullar Azərbaycan Mərkəzi Bankına təhvil verilib.

Bundan başqa, çeşidləmə prosesində müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) də tapılıb. Onlar isə Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna çatdırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR