“Abşeron” sanatoriyasında rüsvayçılıq: konsert pulu yığılır

29-02-2016, 14:46 611 dəfə baxılıb

“Abşeron” sanatoriyasında rüsvayçılıq: konsert pulu yığılır












Mərdəkanda yerləşən "Abşeron” sanatoriyasında müalicə alanlar sanatoriyanın işçilərindən narazılıq edirlər

Ora müalicə olunmaq üçün gedən şəxslər bazarla qarşılaşıb. Yataq otağı verən qeydiyyat şöbəsinin növbətçiləri, yataq dəsti verən təsərrüfat bacısı, müalicə alacaq şəxsin hansı stolda əyləşəcəyini müəyyən edən yeməkxanadakı növbətçilər, otağa baxan xidmətçilər xəstələrdən pul tələb edir.
Şikayətçilər deyirlər ki, müalicə almaq üçün gedən şəxslərin hər biri 730 manatlıq göndərişlə gedirlər: "Yəni həmin şəxs üçün qeyd olunan məbləğ sanatoriyaya ödənilir. Buna görə də orada müalicə alan şəxslər əlavə pul ödəməli deyil.
Amma sanatoriyanın müalicə korpusunda xəstəni müayinə edən həkimin yazdığı müalicələri icra edən 15-20 tibb bacılarının da öz hesabları var. Yəni onlara da əlavə pul ödənilməlidir. Bu hesab hər bir tibb bacısının icra etdiyi müalicələrə görə 10 manatdan 35 manatadək dəyişir.
Burada da eynilə "mənə bir hörmət elə”, "mənə bir şirinlik ver”, "mənə bir konfet pulu ver” və ya "mənə işlətdiyim dərmanların pulun ver” kimi müraciətlərlə xəstələrdən rüşvət istəyirlər”.
Şikayətçilər deyilər: "Axşamlar sanatoriyanın mədəniyyət sarayında əyləncə konsertləri təşkil edirlər. Əməkhaqqı vermədikləri üçün mədəniyyət sarayının ansambl üzvləri sanatoriyada işləməkdən imtina ediblər.
Elə buna görə də əyləncə şənliklərinə məcburən kənardan ansambl dəvət edirlər və ansambl üzvlərinə verəcəkləri pulları əyləncə şənliyində iştirak edən hər xəstədən 1 manat pul yığmaqla ödəyirlər. Sanatoriyanın həyətində küçə itləri, yeməkxanasında pişiklər, yataq otağında isə siçanlar olur. Bu da orada müalicə alan şəxslərin narazılığına səbəb olub. Ümid edirik ki, aidiyyəti qurumlar sanatoriyada baş verən mənfi hallarla bağlı tədbir görəcəklər”.
Qarşı tərəfi dinləməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR