Beyləqanda 8 Mart yığımı başladı

5-03-2016, 13:46 767 dəfə baxılıb

Beyləqanda 8 Mart yığımı başladı










1 saylı orta məktəbin direktoru Gülbəniz Cəfərova yuxarı sinif şagirdlərinin hər birindən 50 manat tələb edir

Təhsil Nazirliyi dəfələrlə bəyan edib ki, heç bir orta məktəbdə müxtəlif adlar altında pul yığıla bilməz. Nazir xüsusi olaraq 8 Mart Beynəlxalq Qadınlar günü bayramının yaxınlaşması ərəfəsində belə bir bəyanat verməklə, belə addım atan direktorlarını cəzalandıracağını da vurğulamışdı.

Beyləqan rayonunda nazirin dediklərinə əhəmiyyət verilmir. Ümumiyyətlə, bu rayondakı orta məktəblərin direktorları daha çox müstəqildirlər və Təhsil Şöbəsinin də tapşırıqlarına məhəl qoymurlar. Elə bu səbəbdəndir ki, bu gün rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov direktorların iştirakı ilə yığıncaq keçirərək, onlara nazirin verdiyi təlimatı çatdırıb. Hətta 8 martla əlaqədar pul yığlmasını qəti qadağan edib.

Lakin Beyləqan şəhər 1 saylı orta məktəbin direktoru Gülşən Cəfərova Təhsil Şöbəsi və nazirliyin tapşırıqlarını bir kənara qoyaraq, öz bildiyi kimi davranmaqda davam edir. Redaksiyamıza verilən məlumata görə, xanım Cəfərova 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq yuxarı sinif şagirdlərindən 50 manatdan pul yığdırır. Həmin pulu verən şagirdlərə bir söz deyilməsə də, verməyənlər müxtəlif formada buna məcbur edilir. Ya da, onları məktəbdən çıxaracaqları ilə hədələyirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR