Yardımlının bir kəndi sosial yardıma həsrət qalıb

14-03-2016, 14:38 688 dəfə baxılıb

Yardımlının bir kəndi sosial yardıma həsrət qalıb













Prosova kəndinin nümayəndəsi Rəcəb Əliyev 600 manat almadan arayış verməyi «tövbə» edib

Yardımlı rayonunun Porsova kəndində özbaşınalıq baş alıb gedir. Bu barədə redaksiyamıza kənd sakinləri məlumat veriblər.

Buna səbəb kəndin icra nümayəndəsi Rəcəb Əliyev və onun müavini Baxşeyiş İmanovun atdığı addımlardar. Belə ki, Porsova kəndinin sakinləri indiyə qədər ünvanlı sosial yardım almağa həsrət qalıblar. Məlumata görə, ünvanlı sosial yardım ala bilməmələrinin səbəbi isə icra nümayəndəsinin sakinlərdən 5-6 yüz manat pul istəməsidir. «Kənddə heç kimin bu pulu vermək imkanı yoxdur. Ona görə də, indiyə qədər kimsə ünvanlı sosial yardım ala bilməyib».

Sakinlər bildirirlər ki, hər bayram İcra Hakimiyyəti tərəfindən kəndə ayrılmış yardımların da aqibəti bəlli deyil. Onların sözlərinə görə, əsasən imkansız və kimsəsizlərə ayrılmış həmin yardımları icra nümayəndəsi Rəcəb Əliyevlə müavini Baxşeyiş İmanov mənimsəyirlər. «Bu barədə dəfələrlə icra başçısına, onun müavinlərinə dedik. Amma heç bir faydası olmadı. Onların da məsələdən xəbərləri var. Lakin tədbir görməmələrinə təəccüb edirik».

Redaksiyamıza məlumat verən kənd sakinləri maraqlı bir məqama da toxunublar. Onlar bildirirlər ki, bu yaxınlarda Porsovaya çəkiliş aparmaq üçün televiziyadan qrup gəlibmiş. «Lakin Rəcəb Əliyev onlara pul verib, geri qaytardı. Heç çəkiliş aparmağa da qoymadı. Səbəb də bu olub ki, həmin çəkiliş qrupu Porsovada problemdən başqa heç nə çəkməyəcəkdi. İndi də kənd camaatı bu iki adamın əlində aciz qalıb. Nə edəcəklərini də bilmirlər».

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR