Alı Alıyevlə bağlı ilginc iddialar: AKSİYALARI KİMLƏR TƏŞKİL EDİB?

30-03-2016, 13:04 673 dəfə baxılıb

Alı Alıyevlə bağlı ilginc iddialar: AKSİYALARI KİMLƏR TƏŞKİL EDİB?












Füzulinin icra başçısı iki müavini və bir idarə müdiri vasitəsi ilə Şakir Hacıyevdən qisas alıb

Bu ilin yanvarında Füzuli rayonunda keçirilmiş aksiyaların kimlər tərəfindən təşkil olunması ətrafında qalmaqala səbəb ola biləcək yeni bilgilər ortaya çıxıb. Redaksiyamız xəbər verir ki, bu ilginc məlumatlarla Politika.az saytı çıxış edib.

Saytın yazdığına görə, aksiyaların təşkilatçısı qismində həbs olunan keçmiş müavin Şakir Hacıyevin baş verənlərdə heç bir günahı yox imiş. Bütün bunların hamısı icra başçısı Alı Alıyevin qurduğu oyunun bir parçası olub.

İddia edilir ki, Şakir Hacıyevin Füzuli rayonunun icra başçısı olması məsələsi Alı Alıyevə çatdıqdan sonra ondan qisas almaq qərarına gəlib. Və aksiyalardan sonra əlinə fürsət düşüb və bütün günahı onun üzərinə yıxmağa nail olub. Əslində isə aksiyalarda Şakir Hacıyevin heç bir qohumu iştirak etməyib. Özü isə həmin vaxt Bakıda olub. Əksinə, aksiyaların əsas təşkilatçısı qismində elə Alı Alıyevin müavinlərindən bir neçəsinin, habelə bir idarə müdirinin adı keçir.

Məlumatda vurğulanır ki, aksiyaların əsl təşkilatçıları sırasında olan məmur Subartezian Quyularının İstismarı İdarəsinin müdiridir. İddia edilir ki, icra başçısının iki müavini ilə yanaşı, idarə müdirinin qohumları bütünlüklə aksiya iştirakçısı qismində çıxış ediblər. Hətta Subartezian Quyularının İstismarı İdarəsinin müdirinin bacısı oğlu baş verənlərə görə həbs olunaraq, 20 sutkalıq cəza da alıb.

Redaksiyamız xəbər verir ki, sayt onu da iddia edir ki, Alı Alıyev aksiyanın təşkilatçıları olan müavinləri və idarə müdirini qorumaq üçün bütün imkanlarından istifadə edib. Bununla əlaqədar, onun hakimiyyət dairələrini aldatdığı da vurğulanır.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR