Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib

5-04-2016, 02:27 984 dəfə baxılıb

Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib

4 aprel 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib.

Tədbirdən əvvəl rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Öncə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu bildirib.

A.Fərzəliyev düşmənə bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuz tərəfindən əldə olunmuş bütün bu nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru kimi dəyərləndirib.

Eyni zamanda, A.Fərzəliyev dövlətimizin başçısının Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı ordumuzun erməni silahlı birləşmələrinin təxribatına cavab tədbirləri nəticəsində qəhrəmanlıq göstərərək əlverişli üstün mövqelərin əldə edilməsini böyük hərbi qələbə adlandıraraq, xalqımızı bu qələbə münasibətilə təbrik etməsini, atəşkəs rejimindən sonra ilk dəfədir ki, düşmənə belə sarsıdıcı zərbə vurulduğunu söyləməsini istər rəşadətli ordumuzda, istərsə də bütün xalqımızda böyük rüh yüksəkliyi və qələbəyə inam yaratdığını, yeni-yeni uğur və qələbələrə səslədiyini xüsusilə vurğulayıb.

İcra başçısı ölkə rəhbərinin iclasda çıxışı zamanı “Düşmənin bütün təxribatları bundan sonra da cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”. sözlərini gənclərimizin vətənpərvərlik hisslərinin daha da yüksəlməsində mühüm amil, eyni zamanda Ermənistana və onun havadarlarına kəskin və təsirli ismarış olduğunu deyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, şəhid ailəsi Sona Vəliyeva, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi səviyyəsində dəstəkləndiyini diqqətə çatdıraraq, bunu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsi olduğunu qeyd ediblər.

Onlar dövlətimizin başçısının ətrafında yumruq kimi sıx birləşərək Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə ediblər.

loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR